"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda vəkillərə vəsiqələr müddətsiz veriləcək

23 Yanvar 2018 - 12:57
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan daxil olan məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verərək 28.01.2018-ci il tarixdə vəkilliyə qəbul üzrə keçiriləcək imtahan hazırlıq işləri barədə məlumat verib.

İclasda həmçinin “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr 3 il müddətinə deyil, qeyri-müəyyən müddətə – vəkilin səlahiyyəti müddətinə verilsin.

Eyni zamanda iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti eyni zamanda bəzi məsələləri Vəkillər Kollegiyasının üzvlərinin diqqətinə çatdırıb.

Qeyd edilib ki, məlum olduğu kimi Vəkillər Kollegiyasının 13.01.2018-ci il tarixli iclasında aşağıdakı iki məsələ qaldırılıb və bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət ünvanlanması ilə bağlı qərar qəbul olunmuşdu. “Qeyd olunan problemlərin həlli ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə Qeydiyyat və notariat baş idarəsi arasında əldə olunub.

Belə ki, notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqilə bağlı, qanunvericilikdəki boşluqlar səbəbindən, anlaşılmazlıqlar yaranırdı. Bu, əsasən onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına qeyd edilən məsələ ilə əlaqədar müraciət edərkən, onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda, notariat orqanları qeyd edilən hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.

Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim olunub. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.

Məlumdur ki, vəkillər öz müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayıb order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir, fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Məlumdur ki, hər bir order unikal reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib, notariusa təqdim edir. Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətiləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək”, – Kollegiyanın məlumatında bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı – Foto

Next Post

Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlandı

Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlandı

Çavuşoğlu: “ABŞ terrorçuların dili ilə danışır”

Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.