“AAAF City” Yaşayış Kompleksində “A” və “B” massivlərindən mənzil alan sakinlər üçün xoş xəbər!!!
Tikintisi başa çatmış binalarda sürətlə tamamlanma işləri yekunlaşmaq üzrədir. Artıq bir çox binalar sakinlərin təmir üçün ixtiyarına verilib. “AAAF İnşaat”ın baş mühəndisi Hətəm Rəfiyev açıqlamasında bildirib ki, AAAF City Yaşayış Kompleksində salınmış “A” və “B” massivlərində bir çox binalarda mənzillər sakinlərin təmir üçün ixtiyarına verilib. Artıq 8 ailə “A” massivində aldıqları mənzilərində yaşayışla təmin olunub. Hər iki massivdə asfaltlama işləri tamamlanmaq üzrədir. Bu ilin sonunadək AAAF City Yaşayış Kompleksinin bütövlükdə sakinlərə təhvil verilməsi planlaşdırılır.



