Avropa Birliyi Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlamağı qərara
alıb.
alıb.Bu gün Brüsseldə Avropa Birliyinə üzv olan dövlətlərin səfirləri Ukraynadakı vəziyyəti və onunla bağlı AB-Rusiya münasibətlərini müzakirə ediblər.
Agentliyin mənbəyinin verdiyi xəbərə görə, müzakirələr zamanı hazırkı vəziyyətdə sanksiyaların aradan qaldırılması məsələsi heç kim tərəfdən irəli sürülməyib.
Bununla belə, AB nümayəndələri Ukraynada son müsbət dəyişikləri qeyd edərək, rəsmi Kiyev və qondarma separatçı respublikalar arasında əldə olunmuş Minsk sazişinin şərtlərini ardıcıl reallaşdırmağa çağırıblar.
Bu arada rəsmi Kiyev bu gün Donetsk aeroportu ətrafında Ukrayna ordusunun mövqelərinin separatçılar tərəfindən atəşə tutulduğunu bəyan edib.
Separatçılar isə ordunun minaatanlardan açdığı atəşə cavab atəşi açdığını bildiriblər.



