"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abbas Abbasov fəallaşıb – çevrilişə hazırlaşır

17 Oktyabr 2014 - 09:06
in MANŞET

Moskvanın “Bakı kartları” yenidən dövriyyədə; Kreml baş nazirin sabiq birinci müavinini yenidən dövriyyəyə img1656714qaytarır; onun hələ Rusiyaya xidmət, vətənə xəyanət potensialı qalıbmış; A. Abbasovla bərabər, onun Bakıdakı dostları da hərəkətə keçiblər…

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Baş nazirin keçmiş müavini Abbas Abbasov yenidən fəallaşıb. Bu barədə Bakıda yayılan və məlumatlı dairələrə bağlı olan saytların yaydığı xəbərlərdən də müəyyən nəticələr çıxartmaq olar. Öncə həmin xəbərlərdən biri ilə tanış olaq. Saytlardan biri – aznews.az yazır ki, Abbas Abbasov Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti – “AzərRos”da çevriliş etməyə hazırlaşır:

AzNews.az-ın əldə etdiyi məlumata görə, Abbasov təşkilatda mövqelərini gücləndirmək, “AzərRos”un yalnız onun diktəsi ilə fəaliyyət göstərməsinə nail olmaq üçün rəhbər postunda dəyişiklik etmək istəyir. Bunun üçün baş nazirin keçmiş müavini oktyabrın 17-nə qurumun fövqəladə toplantısını çağırıb.
Bildirilir ki, Abbasov iclasda Asif Məhərrəmovun təşkilatın prezidenti postundan çıxarılması məsələsini qaldıracaq.
“AzərRos”dan verilən məlumata görə, bu planın baş tutması qurumun gələcək fəaliyyətini sual altında qoyur. Çünki Asif Məhərrəmovun nüfuzu kifayət qədər çoxdur və qurumun funksionerlərinin onu dəstəkləyəcəyi gözlənilir. Amma bir məsələ də bəllidir ki, Abbasov niyyətinə nail olacağına əmin olmasa, belə bir toplantını çağırmazdı. Qeyd olunur ki, Abbas Abbasov Asif Məhərrəmov vəzifəsindən kənarlaşdırıb, həmin posta öz adamını gətirə biləcəyi halda, təşkilatda ciddi çaxnaşmanın baş verəcəyi və parçalanmanın olacağı qaçılmazdır.
Qeyd edək ki, Asif Məhərrəmov “AzərRos”un prezidenti postuna qurumun 25 yanvar 2013-cü ildə keçirilən V qurultayında seçilib. Bu qurultayda “AzərRos”un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. A. Abbasov Ağsaqqallar Şurasının sədri seçilib”.
Bu xəbərdən ortaya çıxan bir məqama –  cənab Abbasovun yenidən fəallaşmasına diqqət edək. Bu, o zamana təsadüf edir ki, A. Abbasovun Bakıda nüfuz edə biləcəyi bir sıra qırımlar da qəfil bir fəallıq nümayiş etdirməyə başlayıblar. Üstəlik, Rusiyanın Azərbaycan və regionla bağlı iddiaları ciddi şəkildə yüksəlişdədir. Putin Rusiyası Avrasiya və Gömrük İttifaqlarının gələcəyini və ümumiyyətlə taleyini Azərbaycanın bu qurumlara münasibəti ilə əlaqələndirib.
Bu da o deməkdir ki, Kreml Azərbaycana təzyiq və təhdidlərini artıracaq; ya da artıq görünməz xətlərlə artırmaqdadır. Xatırlayırsınızsa, ötən ilin son aylarına qədər, düz iki il davam edən bir təzyiq məhz Abbas Abbasovun rəhbərliyində qurulan bir xəyanət təşkilatı ilə Azərbaycana doğru istiqamətlənmişdi. Kreml onun əli ilə Moskvada “Milyarderlər ittifaqı” deyilən bir təsisat yatardı; sonra onun Azərbaycan uzantısını formalaşdırdı; ölkəmizə və ona rəhbərlik edənlərə ciddi təhdid rıçağı əldə etdi və nəticədə… Azərbaycan iqtidarına təhdid ünsürü oluşduran Kreml yekunda ölkəmizdən milyardlarla dəyəri olan layihələr və xəraclar aldı; pərdəarxasındakı oyunlar üçün münbit şərait əldə etdi; siyasi səhnədə öz təşkilatını qurub, konservləşdirdi. O zaman istədiyini əldə edən Rusiya Abbas Abbasovu da konservləşdirdi; “tormoz” basıldı və buna görə də rəsmi Bakıya təhdidlər, təhqirlər yağdıran Abbas müəllim birdən-birə yumşaldı; “layt” bəyanlarda bulundu; kövrəldi, ağladı…
Azərbaycan iqtidarı ona və ölkəyə bu qədər pisliklər edən birisinin Bakı şaxələrini kəsmək, təmizləmək istədi. Lakin bir nöqtədən sonra durdu. Hətta onun deputat oğluna toxunmadı; biznes imperiyasını dağıtmadı. Məsələ məlum idi –  Abbasovların arxasında Rusiya durmuşdu və qoruyurdu. Abbas Abbasovun istifadə müddəti bitməmişdi; lazım olacaqdı. O, hələ Rusiyaya xidmət, vətəninə isə xəyanət etmək potensialı daşıyırdı.
Budur, onu yenidən dövriyyəyə soxublar. Bu gündən başlayaraq, yenidən siyasi səhnəyə dönüşünü təşkil etmək istəyirlər. Hansısa yollarla Bakıda qurduqları məlum təşkilatla əlaqəsini saxlayan Abbasov ölkəmizdəki uzantılarını da hərəkətə keçirib.
Məsələ məlumdur. Xoşluqla mümkün olmasa, məcbur etməklə Azərbaycanı Avrasiya İttifaqına və Gömrük Birliyinə üzv etməyə çalışacaqlar. Üstəlik, gələn il ölkəmizdə parlament seçkiləridir. 2013-də konservləşdirdikləri gizli Rusiya qüvvələrini 2015-də yenidən siyasi səhnədə fəallaşdıracaqlar.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-la Suriya kürdləri arasında ilk dəfə birbaşa danışıqlar…

Next Post

Ermənilər bir-birini ifşa etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Ermənilər bir-birini ifşa etdi

Neftin qiymətini ABŞ aşağı salır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.