"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abbas Abbasov Kremlin yeni projesində

26 Avqust 2014 - 09:52
in SİYASƏT MANŞET

abbasovRusiya anti-Azərbaycançı şəbəkəni yenidən təşkilatlandırır; Baş nazirin sabiq 1-ci müavini Moskvanın təhriki ilə yenidən ölkəmiz əleyhinə fəaliyyətə start vermək ərəfəsindədir; qayınanası düşmən millətdən olan birinin rusların dəstəyi ilə iqtidara gəlməsi Azərbaycana nə vəd edir

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Ötən həftəsonu bir sıra saytların elektron ünvanına baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov haqda sensasion material daxil oldu. Material əslində təkcə Abbasov haqda deyildi; saytlara elektron poçt vasitəsilə göndərilmiş həmin yazıda A.Abbasovun oğlu, deputat Aydın Abbasov haqda da ilginc xəbərlər yer alırdı.
***
Ötən saylarımızda biz redaksiyamıza daxil olan həmin yazını ictimailəşdirdik. Xatırladaq ki, materialın əsas məğzi Abbas Abbasovun qayınanasının erməni millətindən olması, amma bu faktı uzun illərdir A.Abbasovun gizlətməsi haqda idi. Həmçinin materialda o da vurğulanırdı ki, deputat Aydın Abbasov erməni nənəsinin yas yerinə xüsusi mühafizə dəstəsi ilə gedibmiş. Deputatı qeyri-azərbaycanlılardan ibarət, çeçen millətindən olan silahlı mühafizə dəstəsi qoruyur. Bu barədə aşağıda ətraflı bəhs edəcəyik. Hələlik isə oxucuya ötən yazının qısa özətini və bir sıra yeni, özəl məlumatları çatdıraq.
***
Redaksiyalara göndərilmiş həmin materialda Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun qayınanasının erməni millətindən olmasını sübut edən arxiv sənədləri öz əksini tapıb. Mənbə həmin sənəd haqda bunları bildirib: “A.Abbasovun 1924-cü ildə Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qayınanası Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub”.
Materialda A.Abbasovun Ermənistanla sıx biznes əlaqələri haqda da qısaca bilgi verilib. Həmçinin onun Rusiyada da ermənilərlə şərikli biznes obyektlərinin olduğu vurğulanıb. Bizdəki məlumata görə, həqiqətən də A.Abbasovun Göyçə gölünün ətrafında bir neçə hoteli, həmçinin düşmən ölkədə tikinti biznesi var. Yəqin o, bu imkana məhz ermənilərlə qohumluq əlaqələrinə görə sahib olub.
Redaksiyaya göndərilən materialdan sitat: “Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qayınanası Göharik kürəkəni tərəfindən (baş nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə ”İslam dinini” qəbul edib. Onun qayınanası vəfat etmədən öncə erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmasını vəsiyyət edib”.
Materialda o da bildirilir ki, Abbas Abbasovun  həyat yoldaşı Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır: “Amma o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib”.
Materialda Aydın Abbasovun nənəsinin dəfn mərasimi barədə də qeydlər var. Bildirilir ki, İslam qaydalarına uğun olaraq həyətdə 2 böyük çadır qurulsa da, yasda iştirak edənlər çox az olub: “Buna səbəb isə vəfat edənin erməni olmasıdır. Millət vəkili Aydın Abbasov isə nənəsinin hüzr yerinə tək qatılmayıb. Onu çeçen əsilli 4 mühafizəçi (silahlı) müşayiət edib. Mühafizəçilərindən biri Rusiya vətəndaşı Abiev Rüstəm Raqimoviç olub”.
Abbas Abbasovun ermənilərlə qohumluq əlaqələri haqda çoxdan söz-söhbət dolaşır. Amma onun qayınanasının düşmən millətin nümayəndəsi olması haqda bu cür detallı bilgilər yox idi.
Məlumatın ölkə ictimaiyyətinin marağına səbəb olmasına baxmayaraq, Abbasovlar erməni iddiası ilə bağlı açıqlama, təkzib, izahat vermədilər. Bu da iddiaların mötəbərliyi barədə xüsusi qənaət yaratdı.
Ötən saylarda da qeyd etmişdik, yalnız A.Abbasovun qayınanasının ölümü bu həqiqətin ictimailəşməsinə səbəb ola bilməz. Həmin yazıda həmçinin bildirmişdik ki, mümkündür ki, Rusiya, Kreml yenidən Azərbaycan əleyhinə hansısa siyasi proseslərə start vermək ərəfəsindədir, yaxud artıq verib, ona görə də Moskvanın Bakıya qarşı əsas adamı sayılan, hətta müxalifətdə də tərəfdarlarının olduğu A.Abbasovun qayınanasının erməni olması haqda həqiqət ictimailəşdirilib.
Biz təxminlərimizdə yanılmamışıq. Həmin yazı işıq üzü gördükdən sonra bəzi mənbələrdən xəbərlər “axmağa” başladı. Həmin xəbərlərdə bildirilir ki, həqiqətən də Moskva Azərbaycan əleyhinə yenidən fəaliyyətə başlayıb. Əvvəla, 5-ci kolon adlandırılan Rusiya tərəfdarları yenidən fəallaşıblar. İkincisi isə əsası 2012-ci ilin yayından qoyulmuş, həmin ilin payızından açıq fəaliyyətə başlamış Kremlin “anti-Bakı layihəsi” kimi qarşılanan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) (mətbuatda sonradan bu, “Milyarderlər İttifaqı” adı ilə təqdim olundu-red.) formatında yeni bir təşkilat yaradılır. Yeni yaradılacaq (mənbə bildirir ki, bu təşkilat artıq təsis edilib, sadəcə, elan olunması zaman məsələsidir-red.) Anti-Azərbaycan təşkilatında yenə də Abbas Abbasova Moskva aparıcı rol verib. Mənbəmiz iddia edir ki, Azərbaycanın Rusiyanın heç bir layihəsində iştirak etməməsi, Avrasiya İttifaqına qoşulmaması, Gömrük İttifaqından imtina etməsi ölkəmizi növbəti dəfə Kremlin şantajı və təzyiqləri ilə üz-üzə qoyub.
Mənbə avqustun əvvəlində 3 günlük müharibəni də bu prosesin tərkib hissəsi hesab edərək bildirir ki, Rusiya siyasi-hərbi hakimiyyəti bütün mümkün variantlara əl atıb Azərbaycanı öz müstəqil siyasi xəttindən imtinaya vadar etmək istəyir. Mənbə bildirir: “Moskva müharibə ilə Azərbaycanı şantaj etmək istədi, tam əks reaksiya ilə üzləşdi. Birincisi, Azərbaycan ordusu düşmənə olduqca layiqli cavab verdi. İkincisi və ən əsası, Moskva bu qısa müharibə zamanı yeni bir Azərbaycan xalqı ilə üz-üzə qaldı. Həqiqətən, heç kimin gözləmədiyi halda xalqımız erməni hücumundan sonra səfərbər olub işğaldakı torpaqları azad etmək üçün ayağa qalxmaq ərəfəsində idi. Rusiya 1988-92-ci illərdə azərbaycanlıların əlinin suyunu yaxşı görüb; ona görə millətin siyasi və hərbi proseslərdə rol alması Kremlin gözünü qorxutdu və ona görə də müharibənin geniş miqyas almasının qarşısını almaq məcburiyyətində qaldı”.
Mənbə bildirir ki, ona görə də Moskva hələlik hərb variantını təxirə salıb ölkəmizə, onun hakimiyyətinə növbəti siyasi şantaj hazırlayır; ötən dəfə olduğu kimi, yenə “azərbaycanlılardan” ibarət növbəti qondarma siyasi təşkilat təsis edib, 2015-ci ildə, parlament seçkiləri ilində   Azərbaycana təzyiq göstərmək istəyir. Moskva keçən il “Milyarderlər İttifaqı” vasitəsilə Azərbaycan hakimiyyətinə ciddi narahatlıq yaratdı. Moskvada yaşayan oliqarxları İlham Əliyev iqtidarına qarşı cəbhələndirdi. Kremlin dirijor çubuğu ilə fəaliyyətə keçən anti-Azərbaycan şəbəkəsi o qədər qabağa getdi ki, Moskvadan Azərbaycan hakimiyyətinə qarşı bəyanatı bəyanata calayırdılar. Abbas Abbasovun ötən ilin iyununda rəsmi Bakıya ünvanlanmış hədələyici bəyanatını yəqin çoxları unutmayıb…
Çox təəssüf ki, bu cür antiAzərbaycan şəbəkənin tələsinə bəzi müxalifət partiyaları da asanlıqla düşdü. Bir çoxları hesab etdi ki, hakimiyyət naminə şeytanla da ittifaqa girmək olar. Amma siyasətdən az-çox anlayışı olanlar bilməmiş deyil ki, Abbas Abbasov, Söyün Sadıqov kimi rusiyayanlı adamlar üçün hazırkı müxalifətlə uzunmüddətli əməkdaşlıq mümkün deyil. Onlar Azərbaycan müxalifətinin potensialından hakimiyyətə gəlmək məqsədilə yararlana bilər, sonrası da məlum – istifadə müddəti bitənləri çöpə atırlar…
Çox güman, bu dəfə də bir sıra ürəyi iqtidara gəlmək arzusu ilə alışıb-yanan, bunun üçün bütün dəyərləri, maraqları ayaqlar altına almağa hazır müxalifətçilər tapılacaq ki, Abbas Abbasov, Söyün Sadıqov və digər Azərbaycan əleyhinə olanlarla ittifaq qursunlar. Amma ortada acı təcrübə və təkzibolunmaz fakt var. Birincisi odur ki, 2013-cü ilin prezident seçkisində “Milyarderlər İttifaqı”nın gerçək siması və niyyəti bəlli oldu. Rusiya bu təşkilatın əli ilə Azərbaycanda hakimiyyət dəyişikliyi edib öz namizədini iqtidara gətirmək istəyirdi. İkincisi və ən acınacaqlısı isə Abbas Abbasovun düşmən millətin nümayəndələri ilə qan qohumluğudur. İndi bəzi boşboğazlar deyə bilər ki, burda nə var, illər öncə A.Abbasov hardan biləydi ki, vaxt gələcək ermənilər Azərbaycana qarşı ərazi iddiasında bulunacaq. Buna görə insanları yarğılamaq səhvdir,  filan…
Bu cür düşünənlərə və deyənlərə cavabımız qısadır. Əvvəla, ermənilərin Azərbaycana qarşı ərazi, torpaq iddiası, eləcə də düşmənçiliyi dünənin işi deyil, ən azı 200 illik tarixi var bu prosesin. Digər tərəfdən də qayınanası, yəni övladlarının nənəsi erməni olan bir adamın Azərbaycanda iqtidara gəlməsi niyə normal, təbii qarşılanmalıdır?! Ermənistanda bu, mümkün ola bilərmi? Erməni cəmiyyəti qayınanası, yaxud qayınatası türk (azərbaycanlı) olan bir ermənini iqtidara gəlməyə qoyarmı? Əsla! Bəs o zaman biz niyə buna razı olmalıyıq?
Yeri gəlmişkən, hakimiyyət bu gün ermənilərlə əlaqəsi olduğunu iddia etdiyi bir sıra ictimai-siyasi xadimi həbs edib. Rauf Mirqədirov, Leyla Yunus, Arif Yunusov məhz “erməni işi”nə görə həbsdədirlər; onlara dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. Amma çox təəssüf ki, A.Abbasov kimi erməni qohumluğu olan bir məmur Azərbaycanda uzun illər yüksək vəzifələr tutub və bəziləri hələ də tutmaqdadır.
Abbasovlar ailəsinin ermənilərlə qohumluğu, dostluğu artıq təkzibolunmaz faktdır. Deputat Aydın Abbasov bu mövzuda ona zəng vurub fikrini öyrənmək istədiyi “Yeni Müsavat”ın əməkdaşının suallarından yayınıb. Deputat “mənim nənəm erməni deyil, bizim ailənin ermənilərlə heç bir qohumluq əlaqəsi yoxdur” deməyib. Və bununla da barələrində yayılmış həmin xəbərin gerçək olduğunu dolayısı ilə təsdiq edib.
Bu arada, deputat Aydın Abbasovun çeçen millətindən olan mühafizəçiləri də maraqlı faktdır. Abbasovların Çeçenistanın kriminal dairələri ilə əlaqələrinin olmasına dair indiyədək mətbuatda çox yazılıb. Azərbaycanda bir çox səs-küylü qətllərdə iştirakı məhkəmə vasitəsilə sübuta yetirilmiş çeçen kriminalların Abbas Abbasovun yaxın dostu olmaları haqda da təkzibolunmaz məlumatlar var. Mediada da bu barədə indiyədək çox yazılıb.
Hacı Məmmədov məsələsi ortaya çıxdıqdan sonra ortaya çıxan faktlar A.Abbasovun qaranlıq işlərinə müəyyən qədər işıq tutdu. Amma həmin vaxt Azərbaycanda yüksək post tutan A.Abbasov bu “işığın” qarşısını aldı. Faktların tam gerçəkləşməsinə imkan vermədi.
Maraqlıdır ki, Azərbaycanın hüquq-mühafizə orqanları Abbasovların ətrafında silahlı çeçenlərin mövcudluğuna dözümlü yanaşır. Nə vaxta qədər? Haraya qədər?
Bir də ən maraqlı sual budur: Abbas Abbasov qayınanasının yas məclisində iştirak etmək üçün niyə Azərbaycana gəlmədi?

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azov” taboru rus desantçıları yaxaladı

Next Post

Bu gün birinci xanımın ad günüdür- Foto

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Bu gün birinci xanımın ad günüdür- Foto

Prezidentin qızı anasını təbrik etdi- Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.