"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abbas Abbasovla bağlı ilginc açıqlamalar

11 Sentyabr 2014 - 09:50
in XƏBƏR LENTİ

Rafiq İsmayıl: “Onun yaxşı tost deməyi, toyda tamadalıq etməyi var”img1633115

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov bir neçə gün əvvəl Özbəkistanda mükafatlandırıldı. Bu mükafatlandırma mərasimi bir çoxlarında Abbas Abbasovun Özbəkistanla əlaqələrinin haradan qaynaqlanması haqda suallar yaratdı. Abbasovun tərcümeyi-halında Özbəkistan dönəmi haqda qeydlər var.

Lakin bu məlumatlar bir qədər ümumi xarakterlidir.

Amma Müsavat Partiyasının Sabunçu Təşkilatının sədri Rafiq İsmayıl bizə bu suala cavab tapmaqda köməklik etdi. Rafiq İsmayıl deyir ki, o, 1977-ci ilin dekabrında Özbəkistana gedib. 1 il sonra isə Abbas Abasov ora gəlib:

– Abbas Abbasobvla çox yaxın münasibətlərimiz vardı. Daim görüşürdük. Birgə məclislərdə olurduq. Onun Özbəkistana niyə gəlməsinin səbəbini bu gün də bilmirəm. Hacı Vaqif vardı rəhmətlik, ona “Daşkənd Vaqif” də deyirdilər. Sonradan Vaqifi Surət Hüseynovun kabinetində “Zobik” öldürmüşdü. Allah ona rəhmət eləsin, 70-ci illərdə Daşkənddə azərbaycanlılara ağsaqqallıq edirdi.

– “Daşkənd Vaqif” orada nə işlə məşğul olurdu? 

– Biznesmen idi. Özbəkistanda həddindən artıq sərvət və hörmət sahibi idi. O da, Abbas da Gəncədəndirlər. Onu Vaqifin yanında görüb tanımışam. Sonradan münasibətlərimiz dərinləşdi. Azərbaycanlıların toylarında, yaslarında birgə iştirak edirdik.

– Azərbaycanlı kimi bir yerdə idiz, yoxsa başqa maraqlar vardı?

– Azərbaycanlı kimi yaxın idik. Vaqiflə hər birimizin yaxın münasibəti bizi yaxın etmişdi.

– Yaxın olmusunuzsa, illərdir Abbas Abbasov haqda dolaşan bir məsələ, onun qayınanasının erməni olması haqda məlumatınız da olmamış deyil. Bu məlumat doğrudur?

– Doğrudur. Bilirsiz, o dövrdə ermənilərlə qohumluq adi bir məsələ idi. Xüsusi bir qəbahət yox idi bunda. O vaxt biz bilirdik ki, onun qayınanası ermənidir. Onun son övladı – Yusif Daşkənddə anadan olub.

– Abbasov o dövrün Daşkəndində özünü necə aparırdı?

– Abbas bacarıqlı adam idi, hamıdan istifadə edə bilirdi.

– Necə? 

– Məndən də istifadə etmişdi. O vaxt Abbas Abbasov Özbəkistan “Ptitseprom”da (Quşçuluq Komitəsi) müavin idi. Bir dəfə dedi ki, taleyim səndən asılıdır, məni birinci müavin qoymaq istəyirlər, kömək elə. O dövrdə mən Özbəkistan Mədəniyyət Nazirliyinin xətti ilə tikilən  möhtəşəm dövlət sarayının tikintisində çalışırdım.  Abbas dedi ki, Özbəkistan rəhbərliyində təmsil olunan bir nəfərin yaxınının qəbrinin üstünü təcili götürmək lazımdır. Puldan da narahat olma, nədirsə, ödəyəcək. Abbasla çox yaxın münasibətim vardı deyə gecə ilə briqadanı ora töküb qəbrin üstünü götürtdüm. Usta fəhlələrə də dedim ki, mal-materialdan başqa pulunuzu artıqlaması ilə ödəyəcəklər. Abbas məndən yaşda balacadır deyə elə o vaxtdan ona adı ilə müraciət edirdim.

– Qəbrin üstünün götürülməsi Abbas Abbasovun karyera yüksəlişinə təsir etdi? 

– Abbas demişdi ki, qəbrin üstü götürüləndən sonra əmri veriləcək. Sonradan bildim ki, gecə ilə gedib qəbrə baxıblar, Abbasın da əmri verilib. Onu “Pititseprom”un 1-ci müavini təyin ediblər.

“O vaxt Abbas Abbasov Özbəkistanda Quşçuluq Komitəsində müavin idi. Bir dəfə dedi ki, taleyim səndən asılıdır…”

– Abbas Abbasov sonradan qəbrin üzərindəki abidənin pulunu ödədi?

– Elə pul deyildi. 1982-83-cü illər idi. Təxminən 800 rubl pul idi. Abbasla münasibətlərimiz də elə idi ki, ondan pul istəyə bilməzdim.

– Yəni pulu ödəmədi?

– Abbas heç nə demədi, mən də üstünü vurmadım.

– Bunun əvəzində sizə hansısa fayda verdimi? 

– Yox, Abbas fayda verən adam deyil, o, ancaq öz faydasını güdən adamdır.

– Bəs Azərbaycana qayıdandan sonra münasibətləriniz davam etdi?

– Toylarda, yığıncaqlarda bir yerdə olmuşuq. 93-94-cü illərdə onun oğlanlarından birini mitinqdə  döymüşdülər. O mitinqdə görüşəndə öpüşüb-görüşmüşük. Yəni münasibətlərimiz o burada baş nazirin müavini olarkən də təsadüfi görüşlər zamanı davam edib. Onun Özbəkistanda bir oğlu dünyaya gəlib. Adı Yusif idi, biz Yusqa çağırırdıq.

– “Daşkənd Vaqif”lə Abbas Abbasovun münasibətləri necə idi?

– Vaqif azərbaycanpərəst idi, bütün azərbaycanlılara köməklik edirdi. Abbas onun elə bir tapşırığı olmazdı ki, yerinə yetirməsin. Vaqif elə bir adam idi ki, qapısına gələn heç bir adamı boş qaytarmazdı. Vaqif Daşkənddə azərbaycanlıların ağsaqqalı idi. Abbasın yaxşı tost deməyi, toyda tamadalıq etməyi var. Rus və Azərbaycan dilində çox gözəl tostlar deyirdi. Vaqif deyirdi ki, Abbas, filan azərbaycanlının toyunda sən tamadalıq etməlisən, o da edirdi.

– Azərbaycana nə vaxt gəldiz? 

– 1986-cı ildə mən gəldim. O vaxt Özbəkistan Balçılıq Komitəsində müavin idim.

– Abbas Abbasov nə vaxt Azərbaycana qayıtdı? 

– Elə həmin il idi, səhv etmirəmsə.  O, Polyaniçkonun kadrı idi. Onun vasitəsilə burada Abşeron Partiya Komitəsində birinci katib təyin olundu.

– Özbəkistanda Quşçuluq Komitəsinin 1-ci müavini vəzifəsindən Abşerona 1-ci katib gətirildi? 

– Bəli.

– Abbas Abbasovun tipi nədir – ziyalıdır, mafiozdur, yoxsa başqa tipdir?

– Mafioz deməzdim. O, bizdən fərqli olaraq əl altından işlər qurmağı bacaran adamdır. Biz Özbəkistandan gələndən sonra bildik ki, orada özünə işlər qurub.  Özbəkistanda mənim imkanlarım onun imkanlarından qat-qat artıq olub, amma heç bir başqa iş görməmişəm. Görünür, Abbas dərinlikləri daha yaxşı bilir. Orada qardaşını da yüksək vəzifəyə işə düzəldə bilmişdi. Abbası Özbəkistanda xüsusi bir fiqur da saymırdım.

– O, Azərbyacanda baş nazirin 1-ci müavini olduğu bir dövrdə siz də müxalifət partiyasının odlu-alovlu liderlərindən olmusuz. Təmasınız olubmu həmin vaxtlarda?

– Heç vaxt!

– Öz tərəflərinə çəkməyə bir təşəbbüs göstərib? 

– Yox, belə bir şey olmayıb.

– Heç təsadüfən də görüşməmisiz?

– Hamının tanıdığı bir hüquqşünasın yaxını rəhmətə getmişdi, Abbas, Allahşükür Paşazadə, Çingiz Qənizadə yan-yana oturublar. O vaxt Qənizadə deyib ki, sən Rafiqi tanıyırsan. Abbas da deyib ki, biz bir ailə olmuşuq. O vaxt da mənim çox imkansız vaxtlarım idi deyə Qənizadə onu qınayıb ki, Rafiqi niyə yada salmırsan. Abbas da inciyib, deyib ki, axı mən hamını tapıb imkanları ilə maraqlana bilmirəm, gəlsin, bir şey fikirləşək. Onda Qənizadə Abbasa deyib ki, sən Rafiqi yaxşı tanımırsan.

E.MƏMMƏDƏLİYEV

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AB Rusiya qərarını yenidən təxirə saldı

Next Post

“Sanksiyalar qüvvəyə minsə, hərbi əməliyyata başlayacağıq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Sanksiyalar qüvvəyə minsə, hərbi əməliyyata başlayacağıq”

İcra başçısı işdən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.