"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abbas Abbasovun Daşkəsəndə qoyun sürüləri tapıldı

25 Aprel 2015 - 13:40
in MANŞET

Abbas-Abbasov-nə-istəyir.jpg

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Sabiq-vitse primyer Azərbaycandan necə qazanır…; Hər gün 50-60 qoyun kəsilərək, Gəncə-Moskva təyyarəsi ilə Rusiya paytaxtına göndərilir və buradan onun restoranlarına paylaşdırılır; icra hakimiyyətlərinə tapşırılıb ki, oliqarxların heyvan sürülərini harada saxlaması barədə ən müfəssəl məlumatlar hazırlasınlar…

 
 
Azərbaycanda oliqarx-məmurların əsasən  qoyun sürüləri saxlaması sirr deyil. Hətta bu sürülər o qədər artıb ki, yay otlaq sahələrinin əhəmiyyətli hissəsi erməni işğalı altında olduğundan heyvanları otlaq sahələri ilə təmin etmək getdikcə çətinləşir. Ölkənin əksər yerlərində münbit örüş sahələri hasarlanıb və zəbt olunub.
Neftin qiymətinin düşməsindən sonra Azərbaycan hakimiyyəti kənd təsərrüfatının dirçəldilməsi, xüsusilə də boş qalan torpaq sahələrinin səmərəli istifadəsi üçün hərəkətə keçib.
Təsadüfi deyil ki, bu il həm də “Kənd Təsərrüfatı ili” elan olunub.  Azərbaycan bazarlarında həm qıtlığın, həm də qiymət artımının qarşısının alınması üçün bölgələrdə boş qalan torpaq sahələrinin istifadəsi indi gündəmin əsas mövzularından birinə çevrilib.
Prezident Nazirlər Kabinetinin son iclasında da kənd təsərrüfatının inkişafı üçün yararlı torpaq sahələrinin səmərəli istifadəsi, eləcə də fermerlərə güzəştlərlə bağlı  Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə xüsusi tapşırıq verib.
Redaksiyamıza verilən məlumata görə, Kənd  Təsərrüfatı Nazirliyi 15 gündür ki, dağlıq və aran  rayonlarında xüsusi araşdırma başladıb. Çünki oliqarxların qoyun sürüləri əsasən, dağlıq və aran rayonlarında saxlanılır. İcra hakimiyyətlərinə tapşırılıb ki, oliqarxların, ümumiyyətlə məmur təbəqəsinin qoyun sürülərini harada saxlaması, sayı və konkret kimlərə məxsus olması barədə ən müfəssəl məlumatları yaxın 10 gündə onlara versinlər. Bəzi rayonlarda isə bu prosesə nazirliyin özü xüsusi komissiya göndərib və icra hakimiyyətlərində onlara otaq da ayrılıb.
Dağlıq rayonlardan birinin icra hakimiyyətinə yaxın mənbə redaksiyamıza deyib ki, xüsusi tapşırığın haradan gəldiyi məlumdur və artıq bununla bağlı oliqarx-məmurlar arasında böyük bir təlaş da yaranıb. İlkin araşdırma zamanı o da məlum olub ki, oliqarxlar minlərlə qoyun saxlanılan bu cür fermaları ya yaxın rayonlarda yaşayan uzaq qohumlarının, bəziləri isə hətta “özünün bir toyuğu belə olmayan” Qarabağ müharibəsi əlillərinin adına rəsmiləşdiriblər. İcra başçıları da özlərini hakimiyyətin qəzəbindən qorumaq üçün oliqarx-məmurlara təxminən “gəlin sürünüzə yiyə durun” mesajını göndəriblər.
Hələ bir müddət əvvəl də belə xəbərlər vardı ki, bəzi varlılar sürülərini Dağıstana, Krasnodara, hətta Qırğızıstana göndərirlər. Bu oliqarxlar sırasında nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, “Azərenerji” prezidenti Etibar Priverdiyev, eləcə də baş qoruman Bəylər Əyyubovun da adı çəkilirdi.
Məlumdur ki, Azərbaycanın bəzi iri oliqarxları Rusiyanın Krasnodar vilayətində yüz minlərlə hektar örüş sahəsi alıblar və orada böyük qoyun sürüləri saxlayırlar. Qırğızıstana gəldikdə isə bu ölkədə kifayət qədər münbit örüş sahələri tapmaq mümkündür. Bu ölkə ərazisinin 84 faizini otlaq sahələri və biçənəklər təşkil edir ki, bu da heyvandarlıq üçün münbit imkanlar yaradır. O da mümkündür ki, hakimiyyət daxilində baş verən prosesləri proqnozlaşdıra bilən oliqarxlar vaxtında bu kimi qabaqlayıcı tədbirlər görüblər…
Bu araşdırma hazırda davam edir və indi oliqarxlar özlərinə yeni örüş sahələri axtarmaqdadırlar.
Amma araşdırma daha bir sensasion faktı üzə çıxarıb. Məlum olub ki, baş nazirin sabiq birinci müavini, Azərbaycan hakimiyyəti ilə münasibətləri sonda bəlkə də həbs ilə nöqtələnəcək Abbas Abbasovun da iri sürüləri varmış…
Məlumatı redaksiyamıza verən mənbə deyib ki, sabiq vitse-primyerin quyun sürüsünü Daşkəsəndə saxladığı məlum olub. Xəbərdə deyilir ki, ümumiyyətlə, bu rayonda oliqarx-məmurların qoyun sürüləri çoxdur və araşdırmalar burada daha ciddi aparılır. Mənbə deyib ki, Abbas Abbasovun sürülərindən hər gün 50-60 qoyun kəsilərək Gəncəyə, oradan isə Gəncə-Moskva təyyarəsi ilə Rusiya paytaxtına göndərilir. Buradan isə Abbas Abbasovun Moskvadakı restoranlarına paylaşdırılır. Qaynağımız iddia edir ki, faktın indiyədək üzə çıxmaması Bakıda qəzəblə qarşılanıb. Ehtimal edilir ki, sabiq vitse-primyer qoyun sürülərini Gəncədəki qohumlarına həvalə edib və güman ki, fermanı onlardan birinin adına rəsmiləşdirib.
2013 prezident seçkiləri ərəfəsi RATİ-“Milyarderlər İttifaqı” yaradaraq rəsmi Bakıya qarşı cəbhə açan A.Abbasov Azərbaycan iqtidarı ilə bütün körpüləri yandırıb. Ona Azərbaycana gəlmək qeyri-rəsmi qadağan olunub. Bu günlərdə isə Rusiyadakı Azərbaycan təşkilatları rəhbərləri prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə A.Abbasovu azərbaycanlıları Azərbaycan prezidentinə qarşı təşkilatlandırmaqda ittiham ediblər. A.Abbasovun Azərbaycandakı biznesini ölkədən tədricən çıxardığı barədə məlumatlar yayılsa da, onun qoyun sürüsü saxlaması xəbəri ilk dəfədir ki, ortaya çıxır.
Xəbər xidməti
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftimiz ucuzlaşıb

Next Post

Temperatur yüksəlir – SABAHDAN

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Temperatur yüksəlir - SABAHDAN

Avropa Olimpiya Komitəsindən SƏRT CAVAB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.