“Yazıq, bir arpa boyu yol almamışıq”.
Mia.az xəbər verir ki, bunu Türkiyənin sabiq prezidenti Abdullah Gül YSK-nın ( MSK) 31 martda İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə münasibət bildirərkən deyib.
Abdullah Gül YSK-nın qərarına “Twitter”dəki hesabında belə reaksiya verib:
“Konstitusiya Məhkəməsi 2007-ci ildə verdiyi haqsız “367 qararı” qarşısında nələr hiss etdimsə, başqa bir məhkəmə olan YSK-nın verdiyi qərarı duyunca da, eyni duyğunları yaşadım. Yazıq, bir arpa boyu yol almamışıq”.
Xatırladaq ki, YSK məlum qərarı məhz prezident Ərdoğanın sədri olduğu partiyanın – AKP-nin ard-arda verdiyi etirazlar əsasında qəbul edib.
Bundan başqa, qərara qədər Ərdoğan dəfələrlə İstanbuldakı seçki ilə razılaşmadığını, ləğvini gündəmə gətirmişdi.





