“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər və Türkiyəyə səfər edərək regional məsləhətləşmələrin növbəti raundunu keçirəcək”.
Elchi.az BBC.com-a istinadən bildirir ki, bu barədə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bəkri məlumat verib.
Bildirilib ki, İran XİN rəhbərinin Qətər və Türkiyədəki görüşləri və müzakirələri Fələstindəki son hadisələrə həsr olunacaq: “Qətərə səfərindən dərhal sonra (31 oktyabr çərşənbə axşamı) Abdullahiyanın Türkiyəyə gedəcəyi, orada bu ölkənin rəsmiləri ilə görüşəcəyi və Fələstindəki vəziyyəti müzakirə edəcəyi planlaşdırılır”.
Yeganə






