Bakı Dövlət Universitetinin(BDU) rektoru, deputat Abel Məhərrəmovun harada olduğu bilinmir. Bu haqda istiqlal.az-a daxil olan məlumata görə BDU-da rektorun Milli Məclisdə, parlamentdə isə BDU-da olduğunu deyirlər. Rektorun olmaması bu il BDU-nu bitirənlərin əksəriyətini diplomsuz qoyub.“Abel Məhərrəmov yoxa çıxıb. Günlərlə iş yerinə gəlmir. Rektorluqdan onun işə çıxmaması ilə bağlı hər gün bir səbəb deyirlər. Uşaqlarımız aylardır universiteti bitirib, amma diplomlarını ala bilmirlər” – deyə məzunlardan birinin yaxını bildirib.



