"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abel Məhərrəmov: “Azərbaycanda belə düşüncə var ki, elmlə Milli Elmlər Akademiyası məşğul olmalıdır, əslində elə deyil”

03 Oktyabr 2014 - 11:39
in FLƏŞ

“Təhsil haqqında” qanun qüvvəyə minib, bu, çərçivə qanunudur. Ancaq təhsil sahəsində “Ali təhsil haqqında”, img1646330“Elm haqqında” və digər qanunlar, normativ sənədlər işlənilməlidir. Əslində parlamentin iş planına əsasən payız sessiyasında müzakirəyə çıxarılacaq “Elm haqqında” qanunun qəbulunu hamımız gözləyirik”.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

A. Məhərrəmov bildirib ki, “Elm haqqında” “Ali təhsil haqqında” qanunlar arasında əlaqə var, ancaq əvvəlcə “Elm haqqında” qanunu işləmək lazımdır. Eyni zamanda “Elm haqqında” qanun layihəsini işləyib hazırlayarkən bu, “Ali təhsil haqqında” qanunla uzlaşmalıdır, “Ali təhsil haqqında” qanunu yazanda isə onun “Elm haqqında” qanundakı müəyyən müddəalarla uzlaşmasını gözləmək lazımdır. Onun sözlərinə görə, “Elm haqqında” qanunun özünəməxsus xüsusiyyəti odur ki, orada cəmiyyətin bütün təbəqələrinin dərk etmədiyi, bəlkə də başa düşmədiyi məqamlar çoxdur: “Məsələn, bura elmin maliyyələşməsi daxildir. Xüsusən bizi bir məsələ çox maraqlandırır. Hesab edirik ki, ali təhsildə elm maliyyələşməlidir. Bu, nə deməkdir? Əgər Azərbaycanda təqribən 1800 elmlər doktoru, professor varsa, bunun 1200 nəfəri ali məktəblərdədir. Elmlər doktoru, professor ilk növbədə elmlə, sonra isə təhsillə məşğul olmalıdır. Hər il Bakı Dövlət Universitetinin müəllimləri həm elmi hesabat verir, həm də təhsil prosesində çalışır. Hər bir alim elmi tədqiqat işi apararkən onun maliyyə dəstəyi olmalıdır. Bu məsələlər dərindən öyrənilməlidir. Biz bu məsələni qaldırmışıq, “Elm haqqında” qanun layihəsində bu müddəalar var. Ancaq qanun layihəsində nəzərdə tutulan bu məsələlərin müzakirəsinə də ehtiyac duyulur. Birmənalı deyə bilmərik ki, ali təhsildə elmin maliyyələşməsi məsələsi həll olunub. Sadəcə, bu, qanun layihəsində nəzərdə tutulub, müzakirəsinə ehtiyac var. Yəni müvafiq nazirliklər bu istiqamətdə öz razılıqlarını verməlidirlər. Biz bunu çox səbirsizliklə gözləyirik”.

A. Məhərrəmov qeyd edib ki, Azərbaycanda tarixən universitetlər yarananda məqsəd ölkədə maarifçiliyi inkişaf etdirmək, elm və təhsilin səviyyəsini qaldırmaq olub. Ancaq hazırda universitetlərə qoyulan tələb tamamilə başqadır: “İndi isə tələb odur ki, universitetlər ilk növbədə elmi mərkəz olmalı, sonra təhsil ocağı olmalıdır. İndi Azərbaycanda Milli Elmlər Akademiyası olduğu üçün belə düşüncə var ki, elmlə Milli Elmlər Akademiyası məşğul olmalıdır, elə deyil. Xaricdə Elmlər Akademiyası yoxdur, elm universitetlərdədir. Məsələn, hazırda Bakı Dövlət Universitetinə bir qonaq gələrkən ilk növbədə universitetin elmi məktəbləri, hansı elmi uğurlarımız olduğunu, sonra təhsili soruşur. Elm olmayan yerdə təhsil ola bilməz. Yəni “Elm haqqında” qanun daha ciddi, lazımlı qanundur, bütün elm adamları bunu gözləyir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mənim kimi qadın gəlməyəcək bir də…

Next Post

“Bakı Humanitar Forumu intellektual Davos Forumuna çevirilib” – Aydın Mirzəzadə

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

"Bakı Humanitar Forumu intellektual Davos Forumuna çevirilib" - Aydın Mirzəzadə

15 yaşlı bacılarını gözəl olduğu üçün doğradılar - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.