"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abidələrin natura olaraq mühafizə edilməsi yetərli deyil, həm də onların tarixi cəhətdən öyrənilməsi başlıca meyar olmalıdır

22 Fevral 2023 - 20:36
in İQTİSADİYYAT


“İlk addım olaraq abidələr  koordinatları üzrə trayektoriyalaşdırılmalı, katalog albomlara əlavə edilməli, sonra isə tarixçilər tərəfindən dərin tədqiqata cəlb edilməlidir”- bu sözləri Elchi.az saytına açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı,
Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin üzvü Gülşən Məmmədoğlu deyib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Tarixçi həmçinin qeyd edib:“Özümüzü tanımaq, tanıtdırmaq baxımından, təkcə abidələrin vizual təsviri, möhtəşəm görüntüsü yetərli deyil, daha çox anlam yükü, onun təşəkkülünün etimoloji əsasının çatdırılması da önəmlidir”.
Əlbəttə, abidələrdən danışarkən tarix, sivilizasiya, qədimlik, bu bizim ümumiləşdirərək qürur duyduğumuz anlayışlardır. Bu mənada ümummilli miras, dəyər və gələcəyə vəsiqə kimi onların qorunub saxlanılmasının və dünya xalqlarına tanıtdırılaraq özümüz haqda haqq etdiyimiz təsəvvürün formalaşdırılmasının böyük anlamı və tarixi-strateji əhəmiyyəti vardır.
Çox vaxt abidələrlə memarlıq qarışdırılır. Bir-birilə bağlı və iç-içə olsa da, onları fərqləndirən incə bir sərhəd vardır. Doğrudur, günümüzə qədər gəlib çıxmış, tarixi yol keçmiş bütün memarlıq nümunələri abidə sayılır. Ancaq mən bu gün daha çox abidələrdən, xüsusi ilə viziual olaraq diqqət cəlb etməyib, fəqət anlam olaraq böyük önəmə malik olan abidələrdən və onların əhəmiyyətinin yetərincə qiymətləndirilməməsindən danışmaq istəyirəm.
Düzdür, son vaxtlar Mədəniyyət Nazirliyində milli-mədəni irsin mühafizəsi istiqamətində müəyyən işlərin görüldüyü, siyahıyalınmamış, diqqətdən kənarda qalmış abidələrin də reyestrə salınması və qorunmaya alınması haqda məlumatlarımız var. Təbii ki, bütün bunlar edilməsi çox vacib olan təxirəsalınmaz vəzifə öhdəlikləridir və sözsüz ki, xususi diqqət yetirilməlidir.
Ancaq unudulmamalı bir nüans da var ki, abidələrin, yalnız fiziki, yəni natura olaraq mühafizə edilməsi, sənədləşdirilməsi yetərli deyil, həm də onların tarixi cəhətdən öyrənilməsi, tədqiq edilməsi başlıca meyar olmalıdır. Cünki özümüzü tanımaq, tanıtdırmaq baxımından, təkcə abidələrin vizual təsviri, möhtəşəm görüntüsü yetərli deyil, daha çox anlam yükü, onun təşəkkülünün etimoloji əsasının çatdırılması da önəmlidir.
Təəssüflə qeyd edə bilərik ki, abidələr diyarı olan Azərbaycanda bu baxımdan böyük boşluq və rabitəsizlik var. Bu boşluğun fəsadları özünü ən çox turizm sahəsində göstərir. Çünki abidələrin müəyyən bir qismi öyrənilsə də, böyük bir qismi əhatəli tədqiqata cəlb olunmayıb. Hətta tədqiq olunmuş, öyrənilmiş bir çox məhşur abidələr haqqında da fikir ayrılığı, məlumat fərqliliyi var. Bu istiqamətdə vahid konseptiv baxışın müəyyənləşməməsi, dolğunlaşmış məlumat bazasının olmaması Gidlərin,  turist qruplarını müşayiət edən bələdçilərin fəaliyyətinə çox mənfi  təsir edir. Sadə bir misalla məsələnin mahiyyətini belə izah edim: təsəvvür edin ki, ölkəmizə səfər edən ayrı-ayrı əcnəbilərin hər birinə məhşur Qız qalası haqqında ayrı-ayrı Gidlərin ifadəsində ayrı-ayrı məlumatlar verilir. Problem, təkcə bununla da bitmir, məsələ həm də bu fərqli məlumatların özünün də səthi olmasıdır, o cümlədən cüzi istisnalarla onları turistlərə təqdim edən Gidlərin tarix biliklərinin və peşəkarlıq səviyyələrinin yetərli olmamasıdır. Çünki bu fəaliyyət üçün ən çox xarici dil bilgilərinə malik olmaq prioritet kimi götürülür, qeyd olunan digər məsələlər nəzərə alınmır.

Gülşən Məmmədoğlu eyni zamanda vahid konseptiv məlumat bazasının formalaşdırılması ilə yanaşı, Gidlərin xüsusi seçilməsi, yetişdirilməsi, təlim görməsi çox vacib və aktual məsələ kimi qarşıda dayanan vəzifələrdən olduğunu da vurğulayıb.

“Düşünürəm ki, məhz bu istiqamətdə də Mədəniyyət Nazirliyi ilə tarixçilərin koordinasiyalı fəaliyyətinə böyük ehtiyac var.
Ancaq sevindirici haldır ki, son iki ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda məhdud da olsa, daxili imkanlar hesabına abidələrin tədqiq edilməsi işi, artıq xüsusi bir sahə kimi nəzarətə götürülüb. Həmçinin bu işin pərakəndə deyil, tariximizin təməl cizgilərinə söykənən konseptual yanaşma ilə öyrənilməsi və sistemləşdirilməsi nəzərdə tutulub. Bütün bunlar gələcəkdə qeyd edilən boşluqların aradan qaldırılacağına böyük ümid yaradır”.

Havar Şəfiyeva

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlik rəsmisi: “Laçında 40 faydalı qazıntı yatağı mövcuddur” – FOTO

Next Post

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq

Ryabkov: Qərb Rusiyanın dünya xəritəsindən silinməsini istəyir, amma bu baş verməyəcək

Ryabkov: Qərb Rusiyanın dünya xəritəsindən silinməsini istəyir, amma bu baş verməyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.