"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abid Şərifov: “Bunun üçün Bakının bütün asfalt yolları dağılmalıdır”

06 Noyabr 2016 - 17:14
in XƏBƏR LENTİ
Abid Şərifov: “Bunun üçün Bakının bütün asfalt yolları dağılmalıdır”

Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirib.
Baş nazirin müavini ölkə.az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmaması ilə əlaqədardır.
Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur: “Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır.
Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda həmin vaxt cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də onda salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.
İndi isə Bakı sürətlə inkişaf edir, bu, göz qabağındadır. Doğrudan da bu şəhər böyüyür, əhalisi artır. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə az saylı əhali üçün salınmışdı. Əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar? İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır”.
A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil:“Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyevin tapşırığı ilə bununla bağlı müvafiq layihələr və onun iqtisadi əsaslandırmaları hazırlanır. Bura Bakı şəhərinin kanalizasiya xətlərinin dəyişdirilməsi məsələsi də daxildir. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Seçkiyə iki gün qaldı – Klinton Trampdan öndədir

Next Post

Özəl müalicə müəssisələrinin sayı 693-ə çatıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Özəl müalicə müəssisələrinin sayı 693-ə çatıb

Ərdoğan: "Heç vecimə də deyil"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.