"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abid Şərifovun şirkətindəki tətillə bağlı yeni xəbərlər

12 Fevral 2016 - 11:05
in XƏBƏR LENTİ

 Abid Şərifovun şirkətindəki tətillə bağlı yeni xəbərlər

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əksəriyyəti azərbaycanlı olan işçilər 5 aydır əmək haqqı ala bilmirlər

Baş nazirin müavini Abid Şərifovun ailəsinin payı olan “Evrascon” ASC şirkətində yenidən maaş problemi yaşanır. Şirkətin “Energomost İNT Group” adı altında fəaliyyət göstərən Qazaxıstan bölümündə çalışan, əksəriyyəti  azərbaycanlı olan işçilər 5 aydır əmək haqqı ala bilmirlər. Bu, ASC-də yaranan ilk maaş üsyanı deyil. 2013-cü ildən başlayaraq şirkətdə maaşların gecikməsi halları təkrarlanır. Sonuncu belə problem 4 ay əvvəl başlanıb və işçilər müxtəlif qurumlara müraciət ediblər. Müraciətlər nəticəsiz qaldığından işçilər problemi ictimailəşdirməyi qərara alıblar. 
“Biz Bakıdan Qazaxıstana ezam olunmuş Azərbaycan vətəndaşıyıq. Yəni biz şirkətdə əvvəldən işləmişik, bir müddətdir ki, bizi Qazaxıstana gətiriblər. Deməli, ”Evrascon” 2014-cü ildən Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin sifarişlərini yerinə yetirir. Hazırda bu ölkənin 3 şəhərində körpü tikir. Biz Almatı şəhərində işləyirik. Burada da qalırıq. Qaldığımız yerin şəraiti yaxşıdır” deyə, işçilərdən biri “Yeni Müsavat”ın elektron ünvanına yazıb.
 
Qeyd edib ki, 20-dən çox körpü tikiblər: “Əmək haqqımız 1000 manatdır. 2015-ci ilin sentyabr ayından maaşımızı vermirlər. Yaranmış problemlə bağlı Qazaxıstanda bizim rəhbərimiz olan Ramiz Tağıyevə şikayət etmişik. Bizi qəbul edib. Amma hər dəfə quru vəd verib. ”Evrascon” şirkətinin baş nazirin müavini Abid Şərifova məxsus olması heç kimə sirr deyil. Biz yaranmış problemlə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyində olduq. Bizə buradan dedilər ki, müraciətimizi faksla göndərək. Amma bizim bu imkanımız olmadığı üçün müraciət edə bilmədik. Məlumat üçün bildirək ki, bu şirkət Azərbaycan və Qazaxıstanla yanaşı Rusiya, Ukraynada fəaliyyət göstərir”.
“Yeni Müsavat”ın əməkdaşı işçilərə əmək haqlarının nə vaxt veriləcəyi sualı ilə “Evrascon” ASC-nin iqtisadi məsələlər üzrə sədr müavini Namiq Kərimliyə müraciət edib. N.Kərimli problemin həlli üçün tədbirlər görüldüyünü  açıqlayıb: “Hazırda ASC-nin bütün qurumlarında maaş problemi var. Bakıda baş ofisdə də 4 aydır yubanma var. Sonuncu dəfə maaşı sentyabrda almışıq. Hazırda qış mövsümüdür. Ona görə də işlərdə yubanmalar var və müvafiq olaraq işlər görülmədiyindən hesablarımıza vəsaitlər daxil olmur. Digər tərəfdən də Azərbaycanda olduğu kimi ilin əvvəlində Qazaxıstanda da büdcənin təsdiqlənməsi məsələsi var. ASC bu günə qədər problem yarananda maaşı son qəpiyinə qədər ödəyib, bundan sonra da ödəyəcək. Təxminən 3 aya bütün borcları ödəyəcəyik”.
Bir müddət əvvəl meydan.tv yazmışdı ki, A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 min 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir. Əvvəllər “Azərkörpü” ASC olan “Evroscon” uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi.
 
Çox da uzaq olmayan 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib.  
 
“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “Evrascon” ASC-nin 16,89 faizinə nəzarət edir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirin yeznəsinə yeni vəzifə verildi

Next Post

Azərbaycanda bu məhsullar bahalaşdı – SİYAHI

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

Ukrayna prezidenti və Ali Rada sədrinin Azərbaycana səfəri planlaşdırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.