"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sabina Freyzer: “Beynəlxalq vasitəçilərin danışıqlarda qətiyyət göstərə bilməməsi tərəfləri sülhdən uzaqlaşdırır”

20 Avqust 2014 - 12:49
in SİYASƏT
“Azərbaycan və Ermənistan arasındakı toqquşmalar Rusiyanın özünü Qafqazdakı təhlükəsizliyin əsas Sabina Freyzertəminatçısı kimi göstərməsinə imkan yaratdı“

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 ABŞ Atlantik Şurasının transatlantik əlaqələr üzrə baş elmi işçisi, beynəlxalq siyasi analitik Sabina Freyzer son həftələrdə Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmaları 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri ən gərgin dövr adlandırıb. APA-nın Atlantik Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, S. Freyzer öz məqaləsində Azərbaycan və Ermənistan arasındakı münaqişədən, cəbhə xəttində gərginlik və sülh danışıqlarından söz açıb.

“Tez-tez unudulan Dağlıq Qarabağ münaqişəsi bu yay özünün ən gərgin dövrünü yaşadı. Son həftələrdə bu gərginlik ən azı 18 hərbçinin ölümü ilə nəticələndi. Toqquşmalar təkcə müharibənin yenidən başlaması və atəşkəsin pozulma təhlükəsi qarşısında olduğunu göstərmədi, eləcə də Rusiyanın özünü Qafqazdakı təhlükəsizliyin əsas təminatçısı kimi göstərməsinə imkan yaratdı. Millətçi və imperialist siyasət yürüdən Vladimir Putin hökuməti həqiqətən də problemi həll etməyə meylli görünmür. Halbuki, bu döyüşlər regionun neft və qaz tranziti, həmçinin Qərbin maraqlarına uyğun digər layihələr üçün təhlükəsiz olmasına əngəl törədir”, – deyə S. Freyzer bildirib.

Cəbhə xəttindəki gərginliklərin əsas etibarilə Rusiyanın bölgədə möhkəmlənməsinə xidmət etdiyini söyləyən S. Freyzer qeyd edib ki, prezidentləri 9 avqust tarixində Soçiyə dəvət etməklə Vladimir Putin öz sülhsevər portretini yaratmış oldu: “Hər iki tərəfdən açıqlanan rəsmi məlumatlara görə, 30 iyuldan avqustun 4-dək cəbhə xəttindəki gərginlik nəticəsində 18 hərbçi ölüb. Rəsmi məlumatlar çox vaxt mülki şəxslər arasındakı ölümləri və təhlükəni əhatə etmir. Snayperlər tərəfindən vurulan və minaya düşüb ölən insanların sayı son bir ildə 30 nəfər olub”.

Analitikin sözlərinə görə, münaqişənin həlli istiqamətində atəşkəsdən sonrakı mühüm addım qoşunların geri çəkilməsi və qaçqınların öz torpaqlarına geri qaytarılması ola bilərdi, lakin, bu baş verməyib: “Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qalmağa davam edir. Azərbaycan isə neftdən faydalanaraq hərbi büdcəsini keçən il 3,7 milyard dollara qədər artıra bilib. Bu, 10 il bundan əvvəlki rəqəmdən 20 dəfə artıqdır. İlham Əliyev avqustun 7-də “Twitter” hesabında itirilmiş torpaqları geri almaq niyyətində qəti olduqlarını bildirib və yazıb ki, Azərbaycanın son illər əldə etdiyi silah-sursat və hərbi texnika istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verir”.

Analitik Ukraynadakı münaqişənin və Krımın ilhaqının Cənubi Qafqazdakı proseslərə də təsir etdiyini vurğulayıb: “Rusiyanın Krımı qısa müddətdə ilhaq etməsi və Ukraynanın şərqindəki qarşıdurmalar Azərbaycan və Ermənistanın hərbi yoldan imtina edərək münaqişəni həll edəcəklərinə inamı zəiflətmiş oldu. Azərbaycanda belə bir əminlik yaranıb ki, qısa müddətdə qətiyyətli hərbi əməliyyatlar yolu ilə getdikcə uzanan və heç bir həlli görünməyən münaqişəni daha tez bitirmək olar. BMT-nin qətnamələrinə görə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və münaqişənin həllinin bu istiqamətdə aparılması nəzərdə tutulur. Rəsmi Bakı da danışıqlarda ərazi bütövlüyünün dəyişilməz qalmasını tələb edir və bu prinsipin əsas tutulmasını vacib sayır. Həmçinin Ermənistan tərəfdə də belə bir fikir formalaşıb ki, heç bir beynəlxalq təzyiqlərə məhəl qoymadan referendum keçirmək və hərbi güc nümayişi yolu ilə, münaqişəni həll etmək olar. Beləliklə, beynəlxalq vasitəçilərin də danışıqlarda qətiyyət göstərə bilməməsi tərəfləri sülh danışıqlarından daha çox uzaqlaşdırır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sirkə turşusundan zəhərlənən Bakı sakini ölüb

Next Post

Çexiya şirkəti işğal olunmuş Dağlıq Qarabağda kənd təsərrüfatı ilə bağlı layihə həyata keçirəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Çexiya şirkəti işğal olunmuş Dağlıq Qarabağda kənd təsərrüfatı ilə bağlı layihə həyata keçirəcək

Əli Həsənov: “Ramiz Mehdiyev iş başındadır…”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.