"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abituriyentlərin sayı kəskin azaldı – Ödənişli olandan sonra

29 Mart 2017 - 13:25
in CƏMİYYƏT

Abituriyentlərin sayı kəskin azaldı

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

2017-ci ildə magistr pilləsinə qəbul olmaq üçün sənəd qəbulu başa çatıb. Ortaya çıxan rəqəmlər isə ötən illərdəkindən əsaslı şəkildə fərqlənir. 

Elchi.az xəbər verir ki, bununla bağlı apardığı araşdırmanı “Qafqazinfo”ya danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, 17 mart saat 23:59-da sənəd qəbulunun başa çatmağı planlaşdırılsa da, qeydiyyatdan keçənlərin azlığı səbəbi ilə bu vaxt 28 marta qədər uzadıldı:

“DİM-in saytında olan məlumata görə, təsdiq edilmiş ərizələrin sayı Azərbaycan bölməsi üzrə 11809, rus bölməsi üzrə 1264 olub. Beləliklə, 2017/2018-ci tədris ilində magistr pilləsinə sənəd qəbulunda cəmi 13 073 bakalavr ərizəsini təsdiq edib.

Müqayisə üçün qeyd edim ki, 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim etmişdi. Onlardan 21 822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlar olub.

Bakalavrlardan 11550 nəfəri 2016-cı ilin ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunları olub. 2016-cı ildə 63 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib.

2015-ci ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. 2015-ci ildə imtahanda iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakalavr ərizə təqdim etmişdi. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlar təşkil edib. 2015-ci ildə magistr pilləsinə sənəd verən bakalavrlardan 11620 nəfəri 2015-ci ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

2016-cı ildə 50 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak etmişdi.

2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24110 bakalavr qeydiyyatdan keçib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

2016-cı il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılıb. İmtahanının nəticələrinə əsasən, 4769 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.

Rəsmi rəqəmlərdən də göründüyü kimi, qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalıb. 2016-cı ildə yalnız plan yerləri isə 80 faizdən çox dolub. 2015-ci ildə isə ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77% dolub.

Bu il magistr pilləsinə qəbul plan yerlərinin artdığını və 8 minə çatdığını nəzərə alsaq, ciddi şəkildə plan yerinin boş qalacağı qaçılmazdır.

Bundan əlavə, 2017/2018-ci tədris ilində ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlərin sayı Azərbaycan bölməsi üzrə 923, rus bölməsi  üzrə 152, cəmi 1075 nəfər təşkil edib.

2016-cı ildə isə, bu rəqəm 1239 nəfər, 2015-ci ildə 1245 nəfər təşkil edirdi”.

Ekspert DİM-in bu il qeydiyyatdan keçən magistr və rezidentlərin ərizələrindən əldə etdiyi gəlirə də toxunub.

Onun sözlərinə görə, magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakalavrların sayı 13 073 nəfərdir: “Hər bir bakalavr imtahanın birinci mərhələsində iştirak etmək üçün 50 manat ödəyib. Deməli, magistr imtahanının birinci mərhələsindən DİM 653 650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075- dir. Rezidenturaya qəbul olmaq istəyənlərin isə hər biri birinci mərhələdə iştirak etmək üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanının birinci mərhəlsindən DİM 64 500 manat gəlir əldə edib. Bu rəqəmləri toplasaq aydın olar ki, DİM magistr və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718 150 manat gəlir əldə edib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda 3.3 milyon dəyəri olan ev kimindir?

Next Post

2050-ci ildə əhalimiz nə qədər olacaq? – YENİ PROQNOZ

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

2050-ci ildə əhalimiz nə qədər olacaq? - YENİ PROQNOZ

Subaylara və boşanmışlara ev almaq qadağan edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.