Sülhəddin Əkbər: “3 məsələdə Azərbaycanın Amerikaya və Qərbə ehtiyacı var…”
ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur. Politoloqlar Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərini və səfər çərçivəsində dünyanın super gücü olan ölkənin bir çox rəsmiləri ilə görüşlər keçirməsini belə qiymətləndirirlər.
“Yeni Müsavat”a açıqlamasında ABŞ-Azərbaycan münasibətlərindəki irəliləyişləri dəyərləndirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanın ABŞ-la yaxınlaşmaq istəyini regionda və dünyada yaranan son durum və ölkənin iqtisadi vəziyyəti ilə əlaqələndirdi: “Ukrayna böhranından sonra Azərbaycan Rusiyaya doğru reveranslar etməyə başladı. Çünki Ukrayna böhranından bütün avtoritar hakimiyyətlər, o cümlədən Azərbaycan hakimiyyəti narahatlıq keçirirdi. Bir tərəfdən, Rusiyanın postsovet məkanında aqressivliyinin artması, digər tərəfdən, Yanukoviçin devrilməsində ABŞ-ın və Avropa Birliyinin dəstək verməsi İlham Əliyevi sövq etdi ki, Rusiya ilə daha yaxın münasibətlər qursun. Amerika və Qərblə isə məsafəli siyasət yürütməyə başladı. Xüsusən də 2014-cü ilin sonlarına doğru o münasibətlər pozulmağa başladı. Artıq münasibətlər açıq şəkil aldı.
ABŞ əleyhinə mətbuatda yazılar yazılırdı. Azərbaycan hakimiyyətinin rəsmi şəxslərini Azərbaycanda dövlət çevrilişi hazırlamaqda ittiham etməyə qədər uzağa getdilər. Bu, təbii ki, məqsədyönlü şəkildə aparılan bir siyasət idi. Azərbaycanın ABŞ və Qərblə olan münasibətlərini korlamaq və Rusiya ilə yaxınlaşmaqdan ibarət idi. Buna görə də Azərbaycan hakimiyyəti həm müxalifətə qarşı, həm QHT-lərə qarşı, həm müstəqil media orqanlarına qarşı hücumlar və basqıları artırdı. Ancaq bir tərəfdən, dünyada və regionda yaranmış geopolitik vəziyyətin fərqli bir mərhələyə daxil olması, o cümlədən Azərbaycanın geopolitik durumunun həll olunması, həlledici mərhələdə saxlanılması, digər tərəfdən, Azərbaycanın böhrana girməsi və borca ehtiyacın olması, xarici maliyyə kreditlərinə ehtiyacın olması Azərbaycanı sövq edir ki, yenidən ABŞ, Avropa Birliyi və Türkiyə ilə yaxınlaşsın”.
S.Əkbərə görə, bu yaxınlaşmanın iki başlıca səbəbi var: “Birincisi, Azərbaycanın geopolitik mövqeyinin həll olunması, ikincisi isə xarici borca ehtiyacın olmasıdır. O baxımdan Azərbaycan indi məcburi olaraq, Qərblə yaxınlaşmaq ehtiyacı hiss edir və hökumətin atdığı son addımlar da bununla bağlıdır”. Amerikanın Azərbaycana qarşı siyasətinə gəldikdə isə S. Əkbər bildirdi ki, hazırda Amerikanın da buna ehtiyacı yaranıb: “Çünki Ukrayna böhranından sonra Amerika öz təhlükəsizlik strategiyasını dəyişdi və Rusiyanı durdurmağı başlıca strateji hədəf seçdi. İndi bu hədəfə çatmaq üçün Azərbaycana və regiona ehtiyac yaranıb. İndi Rusiyadan yan keçən bütün nəqliyyat və enerji xətləri əsasən Xəzər və Azərbaycan üzərindən keçir. Enerji və nəqliyyat sahəsində onsuz da Amerika ilə Azərbaycanın yaxın əməkdaşlığı var idi. İndi isə bu əməkdaşlıq daha da gücləndirilir. Rusiyadan yan keçən enerji və nəqliyyat yollarının dəstəklənməsi təbii ki, Rusiyanı qıcıqlandırır. Bu gün Azərbaycan-Ermənistan cəbhəsində baş verən həm də bununla bağlıdır.
Rusiya-Azərbaycan münasibətləri nə qədər yaxınlaşsa da 3 məsələ var ki, orada toqquşur. Bunların biri enerji məsələsidir, ikincisi, nəqliyyat yolları məsələsidir, üçüncü məsələ isə Qarabağ məsələsidir. Ona görə də bu 3 məsələdə Azərbaycanın Amerikaya və Qərbə ehtiyacı var.
İlham Əliyev nə qədər siyasi münasibətlərdə məsafəli siyasət yürütməkdə davam etsə də, bu məsələlərdə ABŞ-la yaxınlaşmaq zorundadır”.
ABŞ donanmasının Xəzərdə yerləşməsinə və Xəzərin təhlükəsizliyində 3-cü ölkə kimi iştirak etməsi məsələsinə gəlincə, Sülhəddin Əkbər bu haqda fikir bildirə bilməyəcəyini qeyd etdi: “Bu haqda eşitməmişəm. Mənbənin haradan olduğunu da bilmirəm. Amerikanın nə havada, nə quruda iştirakı olmadan birdən-birə Azərbaycanda dənizdə ciddi proyektlərə girməsi inandırıcı görünmür. Dediyim kimi, Amerika yalnız Rusiyanın imkanlarını məhdudlaşdırmaq üçün kompleks siyasət həyata keçirir. Bir tərəfdən, dünya bazarında neftin qiymətinin endirilməsi, sanksiyalar, digər tərəfdən də siyasi – diplomatik izolyasiyası, Rusiya ətrafında ABŞ və NATO-nun hərbi mövqelərinin gücləndirilməsi. Bu Arktikadan tutmuş, Baltik dənizi, Qara dəniz və Xəzər dənizi xəttinə kimi davam edir. Digər tərəfdən, Sakit okean hövzəsində, Mərkəzi Asiyada da davam edir. Bütün bu istiqamətlərdə hərbi-siyasi qarşıdurma gedir. Azərbaycan da bu qarşıdurma xəttində yerləşən ölkələrdən biridir”.