ABŞ Dövlət Departamenti Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin rəsmiləri və Suriyadakı 10 məmura viza məhdudiyyəti tətbiq edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən viza məhdudiyyətləri ilə bağlı yazılı açıqlamalar verilib.
Bəyanatda Əsas Qanunun 23-cü maddəsinə uyğun olaraq qəbul edilən və regional hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirən qanun tənqid edilib və Çin Honq-Konqun “demokratik təsisatlarına, hüquq və azadlıqlarına qarşı addımlar atmaqda” günahlandırılıb.
Açıqlamada, sözügedən hərəkətlərə görə bir çox Honq-Konq rəsmisinə viza məhdudiyyəti qoyulduğu, “Honq Konq xalqının hüquq və azadlıqlarının bərpası və haqsız yerə həbs edilənlərin azad edilməsi” çağırışının edildiyi bildirilib.
Şayəstə Hüseynova






