ABŞ Hərbi Hava Qüvvələri Kaliforniya ştatının Palmdale şəhərində Northrop Grumman tərəfindən hazırlanmış “B-21 Raider” strateji bombardmançı təyyarəsinin yerüstü sınaqlarının gizli şəraitdə başladığını bildirib.
Elchi.az bu barədə Techkult.ru-ya istinadən xəbər verir.
Mənbənin verdiyi məlumata görə, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılan şayiələrdən sonra Hərbi Hava Qüvvələrinin komandanlığı perspektivli bombardmançı ilə bağlı məxfilik pərdəsini götürməyə məcbur olub.
Hərbi Hava Qüvvələri nümayəndəsinin sözlərinə görə, sınaq “B-21”-in sistemlərini, komponentlərini və funksionallığını qiymətləndirmək üçün zəruri addımdır və riski azaltmaq, dizaynı optimallaşdırmaq və əməliyyat səmərəliliyini artırmaq üçün vacibdir. “Raider”-in ilk uçuşu bu ilin sonuna planlaşdırılıb və 2027-ci ildə xidmətə girməlidir. Ümumilikdə Pentaqon 2050-ci ilə qədər köhnəlmiş sələfləri olan “B-52”, “B-1B” və “B-2” strateji bombardmançı təyyarələrini tamamilə əvəz edəcək ən azı 100 təyyarə almaq niyyətindədir.
Yeganə






