ABŞ Ticarət Nazirliyi qabaqcıl monitorinq alətləri ilə ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini əsas gətirərək, casus proqram xidmətləri göstərən iki Avropa şirkətini “ixracın qara siyahısına” salıb.
Elchi.az xəbər verir ki, qeyd olunub ki, ABŞ Ticarət Nazirliyi İrlandiya və Makedoniyada da aktivləri olan Yunanıstanda yerləşən Intellexa və Macarıstanda yerləşən Cytrox şirkətlərini “ixracın qara siyahısı”na daxil edib.
Bildirilib ki, Intellexa və Cytrox qabaqcıl müşahidə və izləmə vasitələri ilə təşkilatların bütövlüyünə zərər vurduqları və ABŞ-ın milli təhlükəsizliyi başda olmaqla bütün dünyada şəxslərin məxfiliyini pozduqları əsaslarla qara siyahıya salınıblar.
Intellexa və Cytrox-un 2022-ci ildə Yunanıstanın milli kəşfiyyat direktoru və digər yüksək vəzifəli bürokratın istefasına səbəb olan Predator casus proqramı ilə əlaqəli olduğu bildirilir.
Bundan əlavə, bildirilib ki, Cytrox şirkəti 2019-cu ildə İsrailin NSO Qrupu ilə rəqabət aparmaq üçün yaradılmış Intellexa şirkətinin bir hissəsidir.
Bir müddətdir tez-tez gündəmdə olan Pegesus casus proqramlarının istehsalçısı İsrail NSO Qrupu da ABŞ Ticarət Nazirliyinin qara siyahısına daxil edilib.
Şayəstə Hüseynova





