ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Yellenin sözlərinə görə, ABŞ Çinlə iqtisadi əlaqələri tamamilə pozmaq niyyətində deyil, çünki bu, hər iki ölkə üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Lakin sanksiyalar vasitəsilə Vaşinqton öz texnologiyasını qorumaq və həmçinin Çinin Rusiyaya dəstəyinə cavab vermək istəyir.
Yellen ABŞ və Çin iqtisadiyyatlarının illik ticarət dövriyyəsinin 700 milyard dollar olduğunu vurğulayıb. Həmçinin ABŞ Xəzinədarlığının rəhbəri Çini Ukraynadakı silahlı münaqişədə Rusiyaya yardım edəcəyi təqdirdə onu ciddi nəticələrlə hədələyib.
Yeganə






