ABŞ Hərbi Dəniz Qüvvələri Çinin sürətlə inkişaf edən dəniz gücünə qarşı çıxmaq üçün Soyuq Müharibə dövründən qalan sualtı kəşfiyyat proqramını canlandırır. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İnteqrasiya edilmiş Dənizaltı Müşahidə Sistemi kimi tanınan çoxmilyardlarla dollarlıq proqramın canlanması Çinin Tayvan ətrafında hərbi təlimləri artırması və potensial münaqişə ilə bağlı narahatlığı artırması ilə baş verir.
Amerikanın mövcud sualtı akustik casus kabellər şəbəkəsinin təkmilləşdirilməsini və donanmanın ən son sensorlar və sualtı mikrofonlarla təchiz edilməsini əhatə edir.
Havar Şəfiyeva





