ABŞ-ın Luiziana ştatında bir evə girən 1,5 metr uzunluğundakı timsah qruplar tərəfindən yaxalanıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatının Nyu-İberiya şəhərində 1,5 metr uzunluğunda timsah evə girib.
Donald və Yan Şultsun iti gecə saatlarında timsahı görən kimi hürməyə başlayıb. Həyat yoldaşı tərəfindən itin hürməsi ilə oyanan Donald Şults xalçada timsahla qarşılaşdıqda böyük qorxu yaşayıb.
Yan Şultsun xəbərdarlığı ilə Balıqçılıq və Vəhşi Təbiət Departamentinin əməkdaşı və polis timsahı tutmaq üçün evə gəlib. Zabit tərəfindən ləvazimatlarla tutulan timsah ağzına lent yapışdırılaraq zərərsizləşdirilib.
Evə it qapısından daxil olan timsahın istidən qaçmağa çalışdığı təxmin edilir.
Nuranə Məmmədova





