ABŞ-ın şimal-qərbindən cənub-şərqinə qədər bir çox ştatlarda yaşayan 37 milyona yaxın insan təhlükəli isti hava ilə bağlı xəbərdarlıq edilib.
Elchi.az xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidmətinin (NWS) verdiyi açıqlamada, ekstremal temperaturun ölkənin şimal-qərbində Sakit Okean sahillərindən cənub-qərbindəki səhralara qədər uzanan bölgəyə təsirini davam etdirəcəyi bildirilib.
Açıqlamada sözügedən xəttin ətrafında yaşayan təxminən 37 milyon sakindən bəzən həyati təhlükələrə səbəb olan temperatur artımlarına qarşı diqqətli olmaları istənilib.
Şayəstə Hüseynova




