ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində məktəbdə müəllimini tapança ilə vuraraq yaralayan 6 yaşlı şagird polis tərəfindən saxlanılıb.
Elchi.az xəbər verir ki, Newport News Polis Departamenti hadisənin Richneck İbtidai Məktəbində baş verdiyini bildirib.
Güllələnən müəllimin rayondakı xəstəxanaya aparıldığı və həyatının təhlükədə olduğu, hadisə zamanı şagirdin xəsarət almadığı bildirilib.
Polis, uşağın hadisədə silah istifadə etdiyini ifadə edərkən, istifadə edilən silahın markasını vermədi. Uşağın silahı necə əldə etdiyi hələlik məlum deyil.
Yerli mediada güllələnən müəllimin 30 yaşlarında bir qadın olduğu bildirilir.
CNN-in məlumatına görə, polis rəisi Steve Drew keçirdiyi mətbuat konfransında bildirib ki, şagird müəllimini “təsadüfən” vurmayıb; O, mübahisə zamanı ona atəş açdığını bildirib.
Məktəbin bazar ertəsi bağlanacağı, şagirdlərə və valideynlərə psixoloji dəstəyin göstəriləcəyi açıqlanıb.
İşin istintaqı davam etdirilir.
Şayəstə





