Sıx əmək bazarı, mövsümi mbüqavilələrin müddətinin başa çatması və yüksək yaşayış xərcləri işçiləri əmək haqqının artırılması və digər hüquqlarla bağlı işəgötürənlərlə ciddi danışıqlar aparmağa məcbur etdiyindən artan iqtisadi bərabərsizlik bütün ölkə üzrə işçilərin etirazlarını və tətillərini artırır.
Elchi.az xəbər verir ki, bir çox işçilər COVID-19 epidemiyası başlayandan bəri onların yaşayış şəraitinin pisləşdiyini iddia etsə də, son vaxtlar ABŞ-da həmkarlar ittifaqının fəaliyyətinin intensivliyi diqqət çəkir.
ABŞ Əmək Departamentinin məlumatlarına görə, ölkədə tətil edən işçilərin sayı 2022-ci ildə əvvəlki illə müqayisədə təxminən 50 faiz artıb. 2021-ci ildə ABŞ-da 80 700 işçi tətilə çıxdığı halda, 2022-ci ildə bu rəqəm 120 600-ə yüksəlib.
Bu ilin iyul ayına olan məlumata görə, ölkədə 1000 və daha çox işçinin iştirak etdiyi 16 tətil keçirilib.
Kornell Universitetinin Sənaye və Əmək Münasibətləri Məktəbinin (ILR) Əmək Fəaliyyətini İzləmə məlumatlarına görə, bu ilin avqust ayına kimi ABŞ-da 367 yerdə 247 işçi tətili baş verib.
Ssenaristdən aktyora, tibb bacısından otel işçilərinə qədər bir çox sektordan minlərlə işçi yüksək yaşayış xərcləri qarşısında daha yüksək maaşlar və daha yaxşı şərtlər üçün işəgötürənlərlə qarşı-qarşıya gəlsə də, son aylardakı tətil dalğası “tətillər yayı” adlandırıldı. . Bu il ABŞ-da tətil edən işçilərin sayının daha da artacağı gözlənilir.
Şayəstə Hüseynova





