ABŞ-ın Florida ştatını vuran “İdalia” qasırğası insanlarda əzaların itirilməsinə səbəb olan patogenlərin yaranmasına səbəb ola bilər. Elchi.az xəbər verir ki, bunu “Newsweek” jurnalına verdiyi müsahibədə alim Antarprit Utla bildirib.
Ekspertin sözlərinə görə, güclü qasırğalar və sel böyük ərazilərin su altında qalmasına səbəb olur. Nəticədə yerli su sistemlərində patogen bakteriyalar meydana çıxır. Məsələn, 2022-ci ildə İan qasırğasından sonra Floridada su nümunələri götürüldü. Nəticədə orada “Vibrio vulnificus” və “Vibrio parahaemolyticus” kimi bakteriyalar müəyyən edilib.
Alim bildirib ki, belə bakteriyaların orqanizmə təsiri fəlakətli ola bilər.
Havar Şəfiyeva






