ABŞ Federal Aviasiya Administrasiyası “Boeing 737” və “MAX 9” təyyarələrini ABŞ hava məkanında və onların milli aviaşirkətlər tərəfindən istismarını müvəqqəti olaraq dayandırıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, qərar cümə günü Alyaska Hava Yollarına məxsus təyyarə ilə insidentdən sonra qəbul edilib və 171 “Boeing” təyyarəsinə təsir edəcək.
Xatırladaq ki, yanvarın 5-də Alyaska Hava Yollarına məxsus “Boeing 737” və “MAX 9” təyyarəsi beş kilometr hündürlükdə havada gövdəsinin bir hissəsini itirərək Portlend hava limanına təcili eniş edib. O zaman sərnişinlərdən heç biri xəsarət almayıb.
Aviaşirkət bu təyyarəni 2023-cü ilin noyabrında “Boeing”-dən alıb.
Yeganə






