ABŞ hava təhlükəsizliyi rəsmiləri Boeing 777 təyyarəsində gözlənilməz hündürlük itkisi ilə bağlı araşdırma aparacaq.
Elchi.az xəbər verir ki, Məlumata görə, dekabrın 18-də United Airlines-ın 1722 saylı reysi Havay adalarının Maui şəhərindən havaya qalxıb və təyyarə qəflətən 1400 fut (təxminən 425 metr) hündürlüyünü itirib.
Daha sonra stabilləşdirilən təyyarə San-Fransiskoya təhlükəsiz eniş edib.
CNN-ə danışan sərnişinlərdən biri təyyarədə qışqırıqlar eşitdiyini söylədi: “Hər kəs qeyri-adi bir şeyin baş verdiyini və ya ən azı normal olmadığını bilirdi” ifadəsini işlədib.
Flightradar24 aviasiya izləmə saytının məlumatına görə, təyyarə Kahului hava limanından havaya qalxdıqdan sonra 71 saniyəyə qədər normal seyrini davam etdirib.
ABŞ-da baş verən təyyarə qəzalarını araşdıran Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) 3 həftə ərzində hadisə ilə bağlı hesabat hazırlayacaq.
Şayəstə






