ABŞ-da bank böhranında adı keçən First Republic Bankının səhmləri 30 faiz dəyər itirib.
Elchi.az xəbər verir ki,Bankın birinci rüb balansı açıqlandıqdan sonra səhm qiymətləri düşməyə başlayıb və hökumətin xilasetmə prosesinə müdaxilə etməyəcəyi xəbəri ilə daha da dərinləşib.
Bankın səhmləri ötən illə müqayisədə 90 faizdən çox, bazar dəyəri isə 1 milyard dollardan aşağı düşüb.
First Republic Bankının aktivlərini satmaq da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirdiyi bildirilir. Birinci rüb balans hesabatında depozitlərin 40 faizdən çox azaldığı göstərilib.
Ötən ay Silicon Valley Bank və Signature Bank iflas etdikdən sonra bank maliyyə çətinlikləri yaşayıb.
Mart ayında Bank of America, Citigroup, JPMorgan Chase və Wells Fargo da daxil olmaqla 11 böyük bank First Republic Bankı dəstəkləmək üçün cəmi 30 milyard dollar depozit köçürəcəklərini açıqlamışdı. Bankın ilin birinci rübü üzrə balans hesabatında depozitlərinin 40,8 faiz azaldığı göstərilsə də, son həftələrdə depozit aktivliyinin stabilləşdiyi bildirilib.
Nuranə Məmmədova




