Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 25 yaşlı erməni Aram Ambarsumyan 63 yaşlı qadının evinə daxil olaraq evdə olan pul və qiymətli əşyaları oğurlamağa cəhd edib.
“Çağrılmamış qonağı” evində görən amerikalı qadın özünü itirməyərək evin qapılarını bağlayıb və qonşuları köməyə çağırıb. Hadisə yerinə gələn polislər ermənini həbs ediblər.
Qeyd edək ki, bu son bir həftə ərzində ermənilərin iştirakı ilə baş vermiş 2-ci hadisədir. Ötən həftə başqa bir erməni Kaliforniya ştatında yaşayan amerikalının evinə oğurluq etmək üçün girən zaman ev sahibi tərəfindən güllələnmişdi.




