"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-da Ermənistanın cinayətlərinə reaksiya verməyə çağırış

17 Oktyabr 2022 - 19:55
in SİYASƏT

ABŞ-ın Şimali Karolina ştatında yaşayan soydaşlarımız İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Amerika ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Elchi.az-a verilən məlumata görə, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın adından Ağ Ev administrasiyasına, “Human Rights Watch”, “Open Society Foundation”, “Front Line Defenders”, “Human Rights House” və digər beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, Birləşmiş Ştatlarda yaşayan Azərbaycan əsilli amerikalılar 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər. “İnsanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri pisləyirik. Bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçiririk”, – deyə təşkilat rəhbəri vurğulayıb.
Bəyanatda Qarabağ münaqişəsinin tarixi, Ermənistanın torpaqlarımızın 30 illik işğalı dövründə törətdiyi dəhşətli müharibə cinayətləri, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr məsafədə yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinin ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bombardman edilməsi nəzərə çatdırılıb. Nəticədə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Ermənistanın hərbi cinayətləri beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyalarının və onlara Əlavə protokolların müddəalarının kobudcasına pozulması kimi qiymətləndirilib.
Təşkilat rəhbəri gələcəkdə analoji cinayət əməllərinin təkrarlanmaması naminə Amerika ictimaiyyətini və beynəlxalq birliyi bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə çağırıb, Ermənistanda bu cinayətlərə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atılmasını tələb edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DGK ANAMA-ya təlim keçmiş itlər bağışladı

Next Post

Ərdoğan Azərbaycana gəlir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Rusiyada qırıcı qəzası: ölənlərin sayı 13-ə çatdı

Rusiyada qırıcı qəzası: ölənlərin sayı 13-ə çatdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.