
ABŞ-ın Yuta ştatı ölkədə cinayətkarların güllələnməklə edam ediləcəyi ilk ştat olacaq. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qanunu ştatın qubernatoru Qeri Qerbert artıq imzalayıb.
Qubernatorun sözlərinə görə, edamın bu forması ehtiyat variant sayılır və zəruri maddələrin çatışmazlığı zamanı ölümcül inyeksiyanı əvəz edəcək. Belə bir qərar ştat Senatı üzvləri tərəfindən hökumətin ölümcül inyeksiya üçün preparatlar almaqda çətinlik çəkməsi səbəbindən qəbul edilib.
Respublikaçı-senator Pol Reyin fikrincə, güllələnmə – daha humanist edamdır, nəinki inyeksiya. Qanunun əleyhdarları isə bunu “geriyə böyük bir addım” hesab edirlər.



