Meksikanın Sakit okean sahillərində təsirli olan və ABŞ-ın Kaliforniya ştatına doğru irəliləyən Hilari qasırğası səbəbindən bölgə sakinləri güclü yağış və daşqınlara hazırlaşır.
Elchi.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada ölkəni cənub-qərbdən vuracağı gözlənilən qasırğanın güclü yağış və külək gətirəcəyi bildirilib.
Yağıntıların intensivliyinin artması gözlənilən açıqlamada, Kaliforniya, Nevada və Arizona ştatlarının bəzi bölgələrində bir il ərzində yağıntının düşdüyündən daha çox olacağı qeyd edilib.
Hilari qasırğası 4-cü kateqoriyaya yüksəldi
ABŞ-ın Kaliforniya ştatının cənubunda tropik qasırğaya çevrilməsi gözlənilən Hilari qasırğası 4-cü kateqoriyaya yüksəldilib.
Milli Meteoroloji Xidmətin məlumatına görə, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb.
Nuranə Məmmədova





