İsrailin Qəzzaya hücumları ABŞ-ın Nyu York və Nyu Cersi ştatlarında etirazla qarşılanıb.
Elchi.az xəbər verir ki, Nyu Yorkun Bruklin şəhərində “Qəzzə üçün Bruklin seli” şüarı ilə keçirilən etiraz aksiyasında minlərlə nümayişçi Qəzzadakı humanitar vəziyyətə diqqət çəkərək İsraili hücumlarına son qoymağa çağırıb.
Nyu-York və ətraf ştatlarda fəaliyyət göstərən 20 müxtəlif qeyri-hökumət təşkilatının birgə təşkil etdiyi aksiyada Bruklin Muzeyinin qarşısına toplaşan izdiham Bruklin körpüsü üzərindən Manhetten adasına doğru addımlayıb.
Qəzzada “dərhal atəşkəs” tələbi ilə şüarlar səsləndirən nümayişçilər tez-tez ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahuya qarşı şüarlar səsləndirirlər.
Aksiyanı elan etmək üçün X Platformasında paylaşılan posterdə bu ifadə yer alırdı: “Onlar bizi susdurmağa çalışdıqca biz səsimizi daha da yüksəldəcəyik”.
Bruklində yaşayan bəzi yəhudi amerikalılar sosial mediada paylaşımlarında Nyu York Polis Departamentinə (NYPD) yəhudi bayramı Şabbat (şənbə) günündə belə bir aksiyaya icazə verdiyinə görə reaksiyalarını bildiriblər.
Şayəstə Hüseynova






