ABŞ-ın Kolorado ştatında təsirli olan dolu səbəbindən yüzlərlə insan konsert meydanında yaxalanıb. Güclü yağış maddi ziyana səbəb olub, 87 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatına dünən axşam saatlarında güclü dolu yağıb. Səlahiyyətlilərin verdiyi açıqlamada yağışda 87 nəfərin yaralandığı, hadisə yerinə gələn təcili xidmət qruplarının yaralılara müdaxilə etdiyi bildirilib.
Güclü dolu səbəbindən küçə və prospektlər ağararkən; Nəqliyyat vasitələrinə, evlərə və iş yerlərinə maddi ziyan dəyib. Morrison bölgəsində məşhur Red Rocks Amfiteatrında konsert zamanı yüzlərlə insan doluya tutulub. Qəfil yağıntının başlaması ilə bir çox insan təşviş içində qaçaraq xaosa səbəb olub. Sığınmağa yer tapa bilməyənlər karton qutularla doludan qorunmağa çalışıblar.
Qırmızı Qayalar Parkı və Amfiteatr rəhbərliyindən verilən açıqlamada, doluya görə tədbirin başqa bir tarixə təxirə salındığı bildirilib.
Nuranə Məmmədova




