ABŞ-ın San-Fransisko şəhərində məktəb binası yaxınlığında atışma baş verib.
“ABC News” xəbər verir.
Hadisə zamanı məktəbin 4 yuxarı sinif şagirdi xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentdən dərhal sonra məktəb müvəqqəti olaraq bağlanılıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışına başlayıb.




