ABŞ-ın Kenton şəhərində (İllinoys ştatı) partlayış baş verib.
“NBC” telekanalı xəbər verir ki, qaz partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Partlayış zamanı bir neçə yaşayış evinə ciddi ziyan dəyib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.
Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.




