ABŞ-ın Pensilvaniya ştatında ötən gecə baş verən atışma nəticəsində 5 nəfər ölüb, daha üç nəfər yaralanıb.
`İnterfax` xəər verir ki, hadisə Pittsburq şəhərində baş verib.
Polisin yaydığı məlumata görə, ölənlərdən dördü qadın, biri isə kişidir. Onlar özəl evin bağçasında nahar edirmişlər.
Hadisə şahidlərinin sözlərinə görə, onlar ən azı 20 atəş səsi eşidiblər. Hələlik qətlin motivi bilinmir. Qatilin axtarılması üzrə işlər aparılır.




