ABŞ-ın Ferqyuson şəhərində başlayan iğtişaşlar səbəbindən aeroport bağlanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, uçuşlara nə
zamana qədər qadağa qoyulacağı isə bilinmir. Artıq insidentin yaşandığı şəhərdə polis atəş səslərinin də eşidildiyini bildirib.
Xatırladaq ki, avqustun 9-u Missuri ştatının Ferqyuson şəhərində polisin 18 yaşlı silahsız qaradəriliyə atəş açıb öldürməsindən sonra kütləvi toqquşmalar başlamışdı. Dünən isə şəhər məhkəməsinin polis Darren Uilsona bəraət verməsi ölkədə iğtişaşların yenidən alovlanmasına səbəb olub.
ABŞ prezidenti də çıxış edərək nümayişçiləri məhkəmənin qərarına hörmət etməyə və mövqelərini daha dinc yolla nümayiş etdirməyə çağırmışdı.







