Amerikalılar arasında aparılan sorğuya əsasən, prezident seçkilərində ABŞ-ın hazırkı prezidenti Co Bayden və Ağ Evin keçmiş rəhbəri Donald Tramp eyni sayda – hər biri 39 faiz səs alıb. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təqdim olunan məlumatlara görə, hər beş amerikalıdan biri kimə səs verəcəyini hələ qərar verməyib. Demokratların və ya respublikaçıların tərəfdarı olmayan müstəqil seçicilərin əksəriyyəti Trampı dəstəkləyir. 32 faiz keçmiş prezidentə, cəmi 30 faiz isə hazırkı prezidentə səs verməyə hazırdır.
Havar Şəfiyeva





