ABŞ-ın Kaliforniya ştatından təqaüdə çıxan 769 min nəfərin şəxsi məlumatları oğurlanıb.
Elchi.az xəbər verir ki, Kaliforniya Dövlət İşçilərinin Təqaüd Sisteminin yaydığı bəyanata görə, iyun ayında “MOVEit Transfer” fayl ötürmə alətindəki zəiflikdən istifadə edən kiberhücum nəticəsində bir çox fərd və qurumlar zərər çəkib.
Sözügedən kiber hücumda 769 min sistem üzvünün şəxsi məlumatları ələ keçirilib. Bunlara ad və soyad, doğum tarixi, sosial təminat nömrələri və ailə üzvlərinin adları kimi məlumatlar daxildir.
Bu arada məsələ ilə bağlı şəxsi məlumatları oğurlanan şəxslərə məlumat verilib.
Digər tərəfdən, “MOVEit”-ə qarşı kiber hücumun rus hakerlər tərəfindən edildiyi iddia edilib.
Nuranə Məmmədova





