ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət məxfi sənədlərini gizlətmək ittihamı ilə Mayamidə məhkəmə qarşısına çıxacaq.
Elchi.az xəbər verir ki, Tramp federal ittihamla məhkəmə qarşısına çıxan ilk ABŞ prezidenti kimi tarixə düşəcək.
Tramp Mayamiyə gəlib və orada hakim qarşısına çıxacaq. Şəhərdə təhlükəsizlik tədbirləri artırılarkən, Mayami polis rəisi Menni Morales mətbuat konfransında dava ilə əlaqədar keçiriləcək nümayişlərə dair bütün hazırlıqları tamamladıqlarını bildirib.
Nuranə Məmmədova






