"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-da Teymur Hüseynlinin boğazını kəsib öldürən qatilin məhkəməsi gedir

05 Noyabr 2014 - 12:10
in HADİSƏ

70737_res_01ABŞ-ın İllinoys ştatında Azərbaycandan okeanın o tayına mühacirə etmiş Teymur Hüseynlini xüsusi amansızlıqla öldürən qatilin məhkəmə prosesi gedir.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Virtualaz.org saytı xəbər verir ki, bu qətl hadisəsinə dair məhkəmədə baş verənlər haqda “Chicago Tribune” qəzeti yazıb.

Hadisə 2012-ci il, noyabrın 17-də İllinoysun Darien şəhərində baş verib. Bu şəhərin sakini olan 36 yaşlı Cozef Spitalli 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini onun internet vasitəsilə tanış olduğu litvalı qadının evindən oğurlayıb, daha sonra  mətbəx bıçağı ilə onun boğazını kəsərək qətlə yetirib.

Məhkəmə prosesində şahid qismində dindirilən Kristina Baltrimaviciene adlı həmin qadın deyib ki, Cozef Spitalli onun keçmiş boyfrendi olub. Qadın ifadəsində qətlin C.Spitalli tərəfindən törədildiyini, qurbanın isti qanının onun üzünə necə sıçradığını hələ də unuda bilmədiyini deyib.

Kristinanın bildirdiyinə görə, o, Spitalli ilə 2011-ci ildə online tanışlıq saytlarının birində tanış olub. Bu tanışlıq dostluğa çevrilib. Spitalli və qızı Kristina və oğluna qonaq gəliblər. Lakin 30 yaşlı qadın deyib ki, onların münasibətləri 2012-ci ildə korlandı.

Təxminən həmin vaxtlarda Kristina həmin tanışlıq saytında azərbaycanlı Teymur Hüseynli ilə tanış olub. Qətlin baş verdiyi gecə Hüseynli Baltrimavicienenin mənzilinə “şam yeməyinə və birlikdə filmə baxmağa” gedibmiş.

Kristinanın bildirdiyinə görə, Hüseynli ilə ertəsi gün saat 12:30 radələrində evdən öz avtomobili ilə çıxanda Spitalli qonşuluqdakı evdən çıxıb və ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib, bu vaxt Hüseynli ilə Spitalli arasında mübahisə olub. Onlar bir-birlərini itələyiblər.

Spitalli əvvəl uzaqlaşıb, sonra qəfildən geri dönərək Hüseynliyə arxadan hücum edib. Sonra onu zorla öz maşınına oturdaraq valideynlərinin yaşadığı evə aparıb. Kristina 911 xidmətinə zəng edərək kömək istəyib, özü də Spitallinin mənzilinə, azərbaycanlı dostuna köməyə gedib. Mənzilə çatanda görüb ki, Spitalli Hüseynlini qətlə yetirib.

Qadın ifadəsində bildirib ki, Spitalli bu qətldən sonra onu və öz qızını da öldürməklə hədələyib. Məhkəmədə qatilin vəkili onun azərbaycanlını qəsdən öldürmədiyini sübut etməyə çalışsalar da prokurorlar bunun əksini sübut edən dəlillər təqdim ediblər.

Prokuror köməkçisi Kirsten Korol deyib ki, qətlin qəsdən və xüsusi amansızlıqla törədildiyini sübut edən bütün dəlillər var.

“O, bıçaqla silahlanıb, arxadan hücum edib və praktiki olaraq Hüseynlinin boğazını üzüb” – deyə prokuror köməkçisi bildirib.

Dostlarının dediyinə görə, Teymur Hüseynli ABŞ-a 2010-cu ildə təhsil almağa gedib. O, Skokie şəhərindəki məktəbdə ingilis dili və kompüter elmləri üzrə təhsil alırmış. Dostları deyir ki, “Tima” çox xoşxasiyyət, sakit və savadlı gənc idi.

Xatırladaq ki, bundan əvvəl Amerika mətbuatı iki il əvvəl Massaçusets ştatının Boston şəhəri ətrafındakı evində seksual manyak tərəfindən qətlə yetirilən və cəsədəi oğurlanan, indiyədək tapılmayan azərbaycanlı miqrant Evelin Vəlibəyovanın işi haqda da geniş yazmışdı. Belə görünür ki, Amerika xəyallarının ardınca okeanın o tayına mühacirət edən azərbaycanlılar bir çox hallarda arzu etdikləri azadlıqları yox, amansız qatillərini tapmalı olurlar.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tez-tez dinini dəyişən milyonçu…

Next Post

Putinin “sağ əli” müsəlman oldu – (Video)

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Putinin "sağ əli" müsəlman oldu - (Video)

Uşağın yandırıldığı internatın direktoru danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.