ABŞ-da Ukraynaya kömək etmək istəyənlərin sayı 63 faizə qədər azalıb. Elchi.az “Politico”ya istinadən xəbər verir ki, Qlobal Məsələlər üzrə Çikaqo Şurasının tədqiqatçıları Kiyevə dəstəyin səviyyəsini qiymətləndiriblər.
Tədqiqatda qeyd olunub ki, sorğuda iştirak edənlərin təxminən üçdə ikisi Ukraynaya daha çox silah göndərilməsini, 61 faizi isə iqtisadi yardımı dəstəkləyib. Keçən ilin noyabrından bu yana hərbi yardıma dəstəyin iki faiz bəndi iqtisadi yardıma dəstəyin isə beş bənd azaldığı aydınlaşdırılır.
Bundan əlavə, amerikalıların münaqişənin nə qədər davam edəcəyi ilə bağlı illüziyaları yoxdur, materialda deyilir. Sorğuya əsasən, yalnız 14 faiz onun bir il ərzində bitəcəyinə inanır, qalanları isə bir ildən çox,iki ildən beş ilədək və ya beş il və ya daha çox davam edəcəyinə inanır.
Bundan əvvəl ABŞ Konqresi Ukraynaya dəstək verilməsinə qarşı çıxıb. Nümayəndələr Palatasının üzvü Endi Biqs Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğuna görə ABŞ-dan əlavə yardım almayacağını bildirib.
Havar Şəfiyeva




