Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə hücumları Yaxın Şərqdə hərtərəfli müharibə riskini artırır Elchi.az Blombergə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“Biz regionda münaqişəni gərginləşdirməyə çalışmasaq da, xalqımızı və əmlaklarımızı qorumaq üçün əlavə lazımi tədbirlər görməyə qərarlıyıq və tam hazırıq”, – deyə müdafiə rəisi bildirib.
Materialda həmçinin vurğulanır ki, ABŞ hakimiyyəti Qırmızı dənizdə husilərin aktivləşməsini şiə üsyançılarının Amerikanın Suriya və İraqdakı hərbi bazalarına hücumları ilə əlaqələndirir. Ehtimal olunur ki, bu hücumların arxasında İran ola bilər ki, bu da regionda vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Qeyd edək ki, öz növbəsində İslam respublikasının hakimiyyət orqanları hər hansı əlaqəni inkar edir.
Havar Şəfiyeva






