ABŞ administrasiyası Ukraynaya ATACMS raketlərinin tədarükünü istisna etmir, lakin hələlik belə bir addımı elan etməyə hazır deyil.
Elchi.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli məsələlər üzrə köməkçisinin müavini Conatan Fayner deyib.
“Amma bizim mövqeyimiz həmişə belə olub ki, Ukraynanı döyüş meydanında uğur qazanmağa imkan verəcək vasitələrlə təmin edəcəyik. Hesab edirik ki, bu yanaşma münaqişənin hər bir mərhələsində, o cümlədən indiki mərhələsində öz işini görüb”, – Fayner bildirib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...





