"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-dan Azərbaycana dəstək; yeni iqtisadi model müzakirə olunur

01 Mart 2016 - 10:21
in XƏBƏR LENTİ

ABŞ-dan Azərbaycana dəstək; yeni iqtisadi model müzakirə olunur

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vüqar Bayramov: “Post-neft dövrü bunu tələb edirdi”

Amerika Azərbaycan iqtisadiyyatına dəstək verəcək. Bu sözləri ABŞ səfiri  Robert Sekuta iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə bildirib. Qeyd edək ki, görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və bu əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Şahin Mustafayev Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, sahibkarlara dəstək tədbirləri barədə məlumat verib. Həmçinin, iqtisadiyyatın bir çox sahələrində, xüsusilə investisiyaların cəlb edilməsi, dərman vasitələrinin, suvarma avadanlıqlarının istehsalı, neft maşınqayırması, neft-kimya, yüksək texnologiyalar və sair sahələrdə ABŞ-la əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, ölkəsinin Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini bildirib. Robert Sekuta Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə Şuranın fəaliyyətinin dəstəklənəcəyini qeyd edib.

Səfir Sekuta Azərbaycanda həyata keçirilən islahatları izlədiyini, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

ABŞ səfirinin nazirlə görüşdə ABŞ-ın Azərbaycana dəstəyini vəd etməsi iqtisadçılar tərəfindən müsbət qarşılanıb. Azərbaycan iqtisadiyyatını idarə edən birinci şəxsin ABŞ səfiri ilə ölkə iqtisadiyyatını müzakirə etməsi maraqlı məqamlardan xəbər verir.

Bəs, ABŞ-ın Azərbaycan iqtisadiyyatına, aparılan islahatlara dəstəyi nə ola bilər? Burada maddi dəstək də müzakirə mövzusu ola bilərmi? Amerika Azərbaycana yeni iqtisadi modelmi gətirəcək? 

“Amerika ilə bu cür müzakirələrin son dövrlərdə daha da intensivləşməsi müsbət haldır”

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Amerika Azərbaycan üçün iqtisadi və strateji baxımdan ən önəmli ölkələrdən biridir: “ABŞ dünya iqtisadiyyatında pay baxımından ən güclü ölkələrdən biridir. Eləcə də ABŞ-ın qlobal iqtisadi qərarlara təsir gücü olduqca böyükdür. Birləşmiş Ştatların da inkişaf etmiş ölkələr kimi tərəfdaşlarının olduğunu nəzərə alsaq bu ondan xəbər verir ki, ABŞ praktik olaraq bu gün dünyada iqtisadi gücdür və dünyada ümumdaxili məhsulun 2 faizi ABŞ-ın payına düşür. Dünyada hər yaradılan 5 dollardan ən azı biri ABŞ-ın payına düşür. Bu baxımdan ABŞ-la strateji müttəfiqlik və əməkdaşlıq olduqca vacibdir. Bu həm də ölkəyə maliyyə resurslarının cəlb edilməsi baxımından vacibdir. Bu Azərbaycana imkan verəcək, həm Amerikanın, o cümlədən bu ölkənin təsirində olan beynəlxalq maliyyə qurumlarından daha çox maliyyə resursları cəlb edə bilsin. Hazırki məqamda Azərbaycanın bu maliyyəyə ehtiyacı var.

Eyni zamanda bu Azərbaycan üç ün yeni bir iqtisadi modelin tətbiq edilməsi baxımından vacibdir.  ABŞ Azərbaycanda yeni iqtisadi modelin hazırlanmasında maraqlıdır və bu istiqamətdə yardım göstərmək imkanına malikdir. Nəzərə alsaq ki, Azərbaycan hökuməti Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, hətta Asiya İnkişaf Bankını yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün Azərbaycana dəvət etmişdi. Amerikanın da bu maliyyə qurumlarına təsiri olduqca böyükdür”.

Ekspertin sözlərinə görə, burada  ikinci ən önəmli məsələ odur ki, Azərbaycan üçün yeni iqtisadi modelin hazırlanmasına ehtiyac var və ABŞ bu yeni modeli Azərbaycana gətirmək imkanına malikdir: “Post-neft dövrü artıq yeni bir iqtisadi modelin hazırlanmasını tələb edir. Bu dövr eyni zamanda tələb  edir ki, Azərbaycanda iqtisadi situasiyaya xidmət edən bir model hazırlansın. Ona görə də, ABŞ-la bu istiqamətdə müzakirələrin davam etməsi və son dövrlərdə daha da intensivləşməsi müsbət haldır. Bu Azərbaycan iqtisadiyyatına maliyyə yardımı, yeni modelin hazırlanması və tətbiqi deməkdir. Hansı modellərin təklif olunması ilə bağlı yəqin ki, yaxın vaxtlarda məlumat veriləcək. Bütün hallarda belə görüşlərin keçirilməsi və müzakirələrin aparılması pozitiv qiymətləndirilməlidir”.

Sekutanın ölkəsinin Cənub Qaz Dəhlizi layihəsinə dəstək verməsi  ilə bağlı açıqlamasına toxunan iqtisadçı ekspert bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı son dövrlər müəyyən narazılıq var idi və ABŞ-ın dəstəyi bu məsələdə yeni münasibət formalaşdıra bilər: “Qərbdə Cənub Qaz Dəhlizi layihəsinin dəstəklənməməsi ilə bağlı müzakirələr gedirdi və müəyyən fikirlər formalaşmışdı. Bunun da əsas səbəbi Cənub Qaz Dəhlizinin fərqli olması və İranın bazara çıxış imkanlarını genişləndirməsi ilə bağlı idi. Bu baxımdan Amerikanın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməsi olduqca vacibdir. Xüsusən maliyyə resurslarının baxımından önəmlidir. Cənub Qaz Dəhlizi layihəsini platforma da daxil olmaqla dəyəri 45 milyard dollardır və dünyada ən çox xərc tələb ən investisiya layihəsidir.

Ona görə də, bazarda rəqabətin gücləndiyini və layihənin külli miqdarda xərc tələb etdiyini nəzərə alsaq, Amerikanın bu layihəyə dəstək olması çox önəmlidir. Bu həm də investorların Cənub Qaz Dəhlizi layihəsinə marağını formalaşdıracaq. Ona görə də, Azərbaycan ABŞ-la iqtisadi və siyasi əməkdaşlığı gücləndirməlidir. Çünki ABŞ dünyada qlobal proseslərə ən çox təsir edən ölkədir. Azərbaycanda da ABŞ-la strateji müttəfiqliyi yenidən formalaşdırmalıdır ki, bu ölkənin dəstəyi ilə regional layihələri reallaşdıra bilsin. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıya 12 min turistin gələcəyi gözlənilir

Next Post

`2016-cı il çox mühüm il olacaq` – İlham Əliyev

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`2016-cı il çox mühüm il olacaq` - İlham Əliyev

Dollarla kreditlər manata konvertasiya ediləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.