"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-dan Azərbaycana qarşı daha bir sanksiya layihəsi

29 Dekabr 2015 - 19:59
in XƏBƏR LENTİ

“Azərbaycanda imzalanmış sonuncu əfv fərmanı vəziyyəti yaxşıya doğru dəyişmək üçün itirilmiş imkandır. Bu, mənim uzun müddətdir dediklərimi bir daha təkarlayır: Bakıdakı repressiv rejim Qərblə yaxınlaşmanı özünə təhdid kimi görür.

Mən Azərbaycan hakimiyyətinin nə fikirləşdiyini bilmirəm, ancaq belə görünür ki, onlar sadəcə olaraq Qərblə yaxşı münasibətlərdə maraqlı olmadıqlarını göstərmək istəyirlər. Bu, onların seçimidir, bizim məcburiyyətimiz deyil”.

Bu sözləri “Turan”a müsahibəsində ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç deyib.

Eks-səfirin sözlərinə görə, Azərbaycanın mübarizə apardığı dərin iqtisadi böhran xarici investisiyaların yatırılmasını tələb edir. Ona görə də məntiqli olardı ki, Azərbaycan ABŞ və Avropadan üz döndərməsin, əksinə, onları özünə daha çox cəlb etsin.

“Bu səbəbdən hakimiyyət siyasi məhbusları buraxmalı idi, ancaq onlar bunu etmədilər”-Kozlariç bildirib.

Keçmiş səfir Azərbaycan hökumətinin Vaşinqtonla əməkdaşlıqdan imtina etdiyini də deyib. Onun bildirdiyinə görə, başa çatmaqda olan il ərzində ABŞ Azərbaycan hökuməti ilə pozitiv əməkdaşlıqda çox maraqlı idi. Özü də sakit manerada iş aparırdı. Ancaq bu metod da işləməyib.

“Bunu Bakıya yüksək vəzifəli rəsmilərin, məsələn, dövlət katibinin köməkçisi Viktoriya Nulandın, habelə müdafiə nazirinin köməkçisinin səfəri də təsdiq edir. Onlar Bakıdakı hakimiyyətə çox pozitiv mesajlar verdilər, ancaq bu da işə yaramadı”– Riçard Kozlariç bildirib.

Keçmiş diplomatın fikrincə, belə vəziyyətdə Azərbaycana qarşı sanksiyalara dair çağırışların olmaması məntiqli olmazdı. Və ya Avropa Şurasının baş katibi Azərbaycanda insan haqlarının vəziyyətini araşdırmaq üçün xüsusi nümayəndə təyin etməzdi.

“Azərbaycan hökumətinin il ərzində ABŞ-a qarşı atdığı addımları, habelə qanunvericiliyin və KİV-lərə təzyiqlərin sərtləşməsini nəzərə alaraq hesab etmirəm ki, hakimiyyət siyasi məhbuslar probleminin həllində maraqlıdır. Bu, çox kədərlidir”-Kozlariç deyib.

“Mən və David Kremer deyirdik ki, nəsə etmək lazımdır. Əgər onlar siyasi məhbusları azad etmirsə daha təsirli tədbirlər görmək lazımdır, ən azından günahsız insanların həbsdə oturmasına görə məsuliyyət daşıyan konkret məmurlara qarşı. Bunun alternativi sadəcə olaraq yoxdur”– keçmiş səfir vurğulayıb.

Kozlariç həmçinin Konqresin Helsinki komissiyasının həmsədri Kristofer Smitin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini şərh edib. Bildirib ki, hazırda bu qanun layihəsinə dair sonrakı addımın nədən ibarət olacağı aydın deyil.

“Fikrimcə, Yeni il tətili günlərindən sonra Konqres bu diskussiyalara qayıdacaq və onun dəstəklənməsi növbəti addım olacaq. Senator Benjamin Kardin tərəfindən təqdim edilmiş digər qanun layihəsi – Qlobal Maqnitski Aktı da bunu deməyə əsas verir. Bu sənədin əhatə dairəsi hətta Smitin layihəsindən də genişdir və siyasi məhbusların, korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Ona görə də mən çox təəcüblənirəm ki, Bakıda Kardinin layihəsinə yox, Smitin qanun layihəsinə bu qədər çox diqqət ayırırlar”-keçmiş səfir deyib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrana ərzaq almağa gedənlər əliboş qayıdır

Next Post

Azercell-in Gənc OL tarif paketi ilə 50%-ə qədər endirimlər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azercell-in Gənc OL tarif paketi ilə 50%-ə qədər endirimlər

"Gizlənməyə yer axtarırlar" - Zakir Həsənov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.