Amerika Birləşmiş Ştatlarının Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Deutsche Bank-ın aktivlərin idarə edilməsi üzrə törəmə şirkəti DWS-nin ətraf mühit, sosial və idarəetmə sərmayələri ilə bağlı yanlış məlumat vermək və çirkli pulların yuyulması ilə mübarizə siyasətini inkişaf etdirməmək ittihamı ilə 25 milyon dollar cərimə ödəməyə razı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, SEC-dən verilən açıqlamada Deutsche Bank-ın törəmə şirkəti olan DWS Investment Management Americas-a qarşı iki ayrı ittihamın irəli sürüldüyü bildirilib.
Açıqlamada bu ittihamlardan birinin DWS-in Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə proqramı hazırlaya bilməməsi, digər ittihamın isə ətraf mühit, sosial və idarəetmə sərmayələri ilə bağlı yalan açıqlamalar verməsi olduğu bildirilib.
Açıqlamada DWS-nin bu ittihamlara cavab olaraq cəmi 25 milyon dollar cərimə ödəməyə razı olduğu bildirilib.
SEC-in bəyanatında DWS-nin ittihamları nə etiraf, nə də təkzib etdiyi bildirilib.
Keçmiş bir işçinin şirkətin davamlılıq məlumatlarını şişirtdiyinə dair iddialarından sonra DWS müxtəlif qurumlar, o cümlədən SEC tərəfindən araşdırılıb.
Nuranə Məmmədova




